BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
20514

Rusiya Ukraynadakı “hərbi əməliyyat”a görə postsovet tarixində ilk dəfə olaraq genişmiqyaslı və uzunmüddətli maliyyə-iqtisadi təcrid vəziyyətinə düşə bilər. İqtisadçıların fikrincə, hazırkı vəziyyətdə İran ssenarisi ölkə üçün ən pis nəticə olmayacaq. Belə ki, İslam Respublikası “geosiyasət” üzündən uzun müddətdir sanksiyalar altında yaşayır. İran iqtisadiyyatı bu təcrübəyə necə tab gətirə bilir?

Nüvə sanksiyaları

“Bir çoxları İslam dünyası ilə kafirlər arasında gedən mübarizədən məyus olublar. Deyirlər ki, dünya ABŞ və sionizmsiz mümkün deyil. Amma siz bilirsiniz ki, bu, mümkün məqsəd və şüar ola bilər”, – deyə İranın yeni seçilmiş prezidenti Mahmud Əhmədinejad 2005-ci ilin oktyabrında “Sionizmsiz dünya” adlı konfransda tamaşaçılara müraciət etdi. Bundan bir neçə ay əvvəl Tehran uranın zənginləşdirilməsi üzrə işi bərpa etdiyini, ondan həm nüvə enerjisi, həm də silah olaraq dinc məqsədlər üçün istifadə oluna biləcəyini açıqladı.

İrana qarşı sanksiyaların tarixi 1979-cu ildə İslam inqilabının baş verdiyi və ölkənin dünyəvi monarxiyadan teokratik respublikaya keçməsi ilə başlayıb. Amerikanın Tehrandakı səfirliyində baş verən inqilabi hadisələr nəticəsində xeyli insan girov götürülüb. Buna cavab olaraq Vaşinqton İslam Respublikasından neft və digər mallara embarqo qoyub, həmçinin İranın Amerika banklarındakı 12 milyard dollarlıq qızıl və valyuta aktivlərini dondurub. İki il sonra girovlar azad edilib, embarqo isə aradan qaldırılıb, lakin bir neçə il sonra ABŞ yenidən embarqonu tətbiq edib. 1995-ci ildə Bill Klinton administrasiyası Amerika şirkətlərinə İranla ticarət etməyə və bu ölkəyə investisiya qoymağa qadağa qoyub.

Uzun müddət ərzində ABŞ İrana qarşı sanksiyalar tətbiq edən yeganə dövlət olub. Əhmədinejadın döyüşkən ritorikası və Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq hədəsi BMT və Aİ-ni də bu sanksiyalara qoşulmağa sövq etdi.

Tədbirlər mərhələli şəkildə görülürdü: 2006-2010-cu illərdə BMT bir neçə qətnamə ilə silah ixracına, nüvə materiallarının və nüvə sənayesi üçün avadanlıqların idxalına qadağa qoydu. Daha ciddi sanksiyalar 2010-2012-ci illərdə ABŞ və Aİ tərəfindən tətbiq edildi – onlar İranın neft və maliyyə sektoruna təsir göstərdi. İran banklarına Qərbin maliyyə qurumlarında hesab açmağa qadağan edildi, İran Mərkəzi Bankının Qərbdəki ehtiyatları donduruldu, ölkənin SWIFT-lə əlaqəsi kəsildi.

2015-ci ildə İran qondarma nüvə sazişi sayəsində qısa müddətə möhlət aldı. Tehran ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Çin və Rusiya ilə bütün sanksiyaların ləğvini nəzərdə tutan müqavilə imzaladı. Buna baxmayaraq, sanksiyasız həyat çox sürmədi. Artıq 2018-ci ildə ABŞ prezidenti Donald Tramp nüvə sazişini birtərəfli qaydada ləğv etdi. Bunun ardınca Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq elədi: neft embarqosu, dollar satışına, qızıl və digər qiymətli metallarla əməliyyatlara qadağa. ABŞ İran mallarının (xalça və kürü daxil olmaqla) idxalını və ölkəyə mülki təyyarələrin tədarükünə qadağa qoydu. Prezident Co Baydenin seçilməsindən sonra İranın nüvə proqramı ilə bağlı danışıqlar bərpa olunsa da, ölkə hələ də iqtisadi blokadadadır.

İnflyasiya və devalvasiya

40 illik sanksiya təzyiqi və 10 illik qlobal maliyyə-iqtisadi təcrid, əlbəttə ki, İran iqtisadiyyatında iz qoymaya bilməzdi. 2012-2021-ci illərdə iqtisadiyyat durğunlaşdı – bu dövr üçün ÜDM-in orta illik artımı 0.58% təşkil etdi. Nüvə sazişi sayəsində iqtisadiyyatın sanksiyalardan möhlət aldığı 2016 və 2017-ci illərin (müvafiq olaraq +13.4% və 3.7%) iqtisadi artımını nəzərə almasaq, ÜDM-in orta illik artım tempi mənfi oldu. 2012-2020-ci illərdə İranda adambaşına düşən ÜDM təxminən 70% azalaraq 2400 dollara, yəni 20 illik minimuma düşdü.

İran iqtisadiyyatının daha bir xroniki problemi inflyasiyanın sürətlə artmasıdır. Son onilliklərdə İranda inflyasiya ikirəqəmli göstəricilərdən, demək olar ki, az olmayıb. Qeyd edək ki, ölkəyə qarşı sanksiyaların bərpa olunduğu 2018-ci ildən bəri bu rəqəm iki dəfə 50%-ə yaxınlaşdı.

Səbəb – beynəlxalq məhdudiyyətləri təzyiqi altında olan zəif rialdır. İslam Respublikasının Mərkəzi Bankı Trampın sanksiyalarından sonra beynəlxalq valyuta ehtiyatlarının yalnız 10%-dən istifadə edə bilirdi: əgər 2018-ci ildə BVF-in məlumatına görə, İran tənzimləyicisinin sərəncamında 122.5 milyard dollar var idisə, 2020-ci ildə bu rəqəm 12.4 milyard dollara düşdü. Nəticədə, İran valyutasının dollara qarşı məzənnəsi 46 min realdan 250 min reala qalxdı.

Bazar məzənnəsi ilə paralel olaraq daha iksi var: Mərkəzi Bankın rəsmi məzənnəsi (bir dollar 42 min rial, dövlət tərəfindən ərzaq və dərmanların idxalı üçün istifadə olunur) və ixracatçıların valyuta gəlirlərini satdıqları məzənnə (təxminən bazar məzənnəsinə bərabərdir). Bu gəlirin də həcmi sanksiyalara görə kəskin azaldı – 2017-ci ildə 66 milyard dollardan 2020-ci ildə 21 milyard dollara qədər (baxmayaraq ki, İran OPEC+ sazişi çərçivəsində neft hasilatını azaltmadı).

Daimi sanksiya təzyiqi və iqtisadiyyatın tənəzzülü şəraitində ölkə hakimiyyəti “müqavimət iqtisadiyyatı” konsepsiya-şüarı formalaşdırmaya bilməzdi. İranın ali lideri Ayətullah Əli Xamenei “müqavimət iqtisadiyyatı” haqqında ilk dəfə hələ 2007-ci ildə danışmışdı. Bu iqtisadi modelin əsas komponentləri idxalın əvəzlənməsi və qonşu ölkələrə qeyri-neft ixracının inkişafıdır.

Dünya Bankının 2022-ci ilin əvvəlində qeyd etdiyi kimi, son iki il ərzində İran iqtisadiyyatının tədricən bərpası qismən istehsal sektorunun sanksiyalara uyğunlaşması ilə bağlıdır: o, qeyri-vacib məhsulların idxalına qoyulan məhdudiyyətlər səbəbindən daha aşağı rəqabətlə üzləşir. Avtomobil istehsalı kimi bəzi sənayelərdə kilidləmə yerli oyunçuların (Saipa, Khodro) üstünlük qazanmasına səbəb oldu.

İxrac axını qeyri-neft ixracının, demək olar ki, üçdə biri, neft ixracının isə təxminən beşdə biri Çinə, eləcə də qonşu İraq və Əfqanıstana yönəldi. İranla bağlı yanvar hesabatında Dünya Bankı etiraf edir ki, ölkə iqtisadiyyatı “mötəbər iqtisadi artımla tədricən bərpa olunur”. Eyni zamanda tənzimləyicinin vurğuladığı kimi, ÜDM-in artımı ən çox neft bazarındakı əlverişli şəraitlə əlaqəlidir. Hesabatda deyilir ki, ölkənin əsas ticarət tərəfdaşlarında, o cümlədən Çində iqtisadi artımın yavaşlaması həm neft, həm də qeyri-neft ixrac sektorunda artımı zəiflədə bilər.

Sağ qalmağın yolları

Qərb bankları və valyuta əməliyyatları ilə əlaqəsi kəsilən İran vətəndaşları valyuta hesablaşmaları üçün yeni həll yolları axtarmağa məcburdurlar. Belə yollardan biri investisiya yolu ilə vətəndaşlıq almaqdır. Varlı iranlılar Sent-Kits və Nevis, Komor adaları, eləcə də Antiqua kimi ölkələrin vətəndaşlığını alırlar, şirkətlərini orada qeydiyyatdan keçirirlər və yeni bank hesabları açırlar. Təkcə Antiquada 2018-ci ilə qədər İranda doğulan minə yaxın vətəndaş var idi.

Digər İran nou-xausu havaladır (ərəbcə “ötürmə” deməkdir). Havalanın fəaliyyət prinsipi hələ 8-ci əsrdə sınaqdan keçirilmişdir. Bu gün havala belə işləyir: iranlı idxalçı xaricdəki təchizatçısına, məsələn, Çinə dollar köçürür. Broker Pekindəki tərəfdaşına zəng edir, o isə tələb olunan məbləği təchizatçının hesabına köçürür. Beləliklə, Tehran brokerinin Pekinə borcu olur. Kiminsə Çindən İrana valyuta göndərməsi lazım olanda da oxşar proses baş verir. Nəticədə, zaman keçdikcə Tehran və Pekin brokerlərinin borcları bir-birinə bağlanır. Adətən bu şəkildə pul köçürmə prosesi təxminən 48 saat çəkir.

Sanksiyalardan yan keçmək üçün İran bəzi ticarət tərəfdaşları ilə barterdən istifadə edir: məsələn, ötən ilin sonunda Şri-Lanka ilə razılaşma əldə olunub, ona əsasən, ada dövləti tədarük edilən İran neftinin qarşılığında İslam Respublikasına 250 milyon dollar dəyərində çay verib. İran neftini almağa hazır olanlar üçün Tehran əhəmiyyətli endirim, demək olar ki, pulsuz çatdırılma və yük sığortası təklif edir. İran ixracatçıları həmkarlarının sanksiyalara məruz qalmasının qarşısını almaq üçün müxtəlif hiylələrə əl atmalı olurlar: nefti açıq dənizdə tankerdən tankerə vurmaq, nefti qeyri-İran nefti ilə qarışdırıb yenidən satmaq və s.

Əhalinin birjaya üz tutması

Yüksək inflyasiya fonunda fond bazarı iranlıların əmanətlərinin dəyərdən düşməsinin qarşısını almaq üçün bir neçə üsuldan birinə çevrilib. 2017-ci ildən 2021-ci ilə qədər yerli valyutada yerli fond bazarının kapitallaşması 15 dəfə artıb – dollar ifadəsində (rəsmi məzənnə ilə) 1.3 trilyona çatıb.

Tehran Fond Birjası 1960-cı illərin sonlarından fəaliyyət göstərir və 300-dən çox şirkət, o cümlədən avtomobil istehsalçıları “Saipa” və “Khodro”, iri banklar və neft şirkətlərini siyahıya alır. Əgər 2011-ci ildə birjada cəmi 4.5 milyon iranlı var idisə, 2020-ci ilin sonunda onların sayı 50 milyona yüksəlib.

İnvestisiya meneceri Əli Xosroşahi “Al-Jazeera”ya müsahibədə bildirib ki, İran hökuməti iqtisadiyyata fayda verəcək peşəkar investisiyalar üçün zəmin yaratmaq əvəzinə, büdcə kəsirinin bir hissəsini ödəmək məqsədilə qısamüddətli imkanlardan istifadə edir. 2020-ci ilin mart ayının ortalarında İranın TEDPIX fond indeksi 500 000 bənd səviyyəsində idi, avqustun əvvəlində isə 2 milyonu keçdi. Köpük kifayət qədər tez partladı: sentyabrın əvvəlində indeks təxminən dörddə bir azaldı və 1.3 milyon səviyyəsində qərarlaşdı.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

20 min manata qədər alına biləcək etibarlı avtomobillər

Bu xəbər neft və qızılı bahalaşdırdı

Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - Foto/Video

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ronaldo "Yuventus"u məğlub etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin