BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
20070

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Valyuta.Az biznes portalı qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasına bu dəfə də jurnalistlər buraxılmayıb.

Prosesdə zərərçəkən iş adamı Elşən Mədətov ifadə verib. Onun sözlərinə görə, “MTN-çilər” hədə qorxu ilə 250 min dollarını alıblar: “2007-ci ildə “Texnikabank”a illik 12 faizlə 623 min avro əmanət qoymuşdum. 2008-ci ilin avqustunda Fransaya istirahətə getdim. Qayıdandan sonra bankın filial müdiri Zal Yusifovun həbs olunduğunu eşitdim. Oktyabrın əvvəlində isə MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov zəng edib məni MTN-ə çağırdı. Növbəti gün səhər 11-də orada idim. Mülki geyimli şəxs məni qarşılayıb boş bir otağa apardı. Orada 5 saat tək oturduqdan sonra Vüsal Ələkbərov gəldi. İlk sözü bu oldu ki, cinayətkar dəstəyə qoşulub Zal Yusifovla bankı talamısan. Ona görə də MTN-in rəhbərliyinə 300 min dollar verməlisən, yoxsa səni də tutacağıq.

Mən banka qanuni şəkildə pul qoyduğumu deyəndə cavab bu oldu: “Deyəsən hara gəldiyini bilmirsən, qızın universitetdə oxuyur, özün də küçədə-bayırda gəzirsən, qorxmursan, başınıza iş gələr?” Vüsal Ələkbərov dedi ki, sənə “ölüm iynəsi” vuracağıq, 7-8 ay içində havalanıb öləcəksən. Ona Dairə Seçki Komissiyasının sədri olduğumu deyib vəsiqəmi göstərdim. Vüsal vəsiqəmi götürüb harasa getdi. Az sonra qayıdıb dedi ki, “get seçkiləri keçir, sonra görüşərik”. Seçki başa çatandan bir neçə gün sonra yenidən Vüsal məni MTN-ə çağırdı, 300 min manat istədi. Ona 100 min dollar verə biləcəyimi dedim. Vüsal otaqdan çıxıb Mövlam Şıxəliyevin yanına getdi. Məsləhətləşib qayıtdı və 100 min dollara razılaşdı”.

Elşən Mədətov bildirib ki, MTN-dən çıxandan sonra pulu toplamağa başlayıb: “Qardaşımdan və qayınatamdan borc alıb üstünü də özüm düzəltdim. 100 min dolları kiçik zənbilə qoyub üstünü örtdüm. Sürücüm Zahid Əliyev və qaynım Samit Qafarovla birlikdə MTN-ə getdik. Pulu Vüsala verdim. 10-15 dəqiqə sonra çıxıb evə qayıtdım. Noyabrın əvvəllərində Vüsal yenidən zəng edib məni çağırdı. MTN-in qarşısında onun ağ “cip”ində görüşdük. Dedi ki, guya Zal və oğlu mənim barəmdə ifadə veriblər ki, onlarla əlbir olub bankın pulunu talamışam. Mənə “Ümumilikdə 300 min dollar verməlisən, pulu çatdırmasan, başına oyun açacağıq. Bu söhbətləri başqa yerdə danışma, yoxsa uşaqlarını da ilişdirərik” dedilər. Hədə-qorxulardan və həbs olunmaqdan çəkinirdim. Ona görə də evdə olan bütün qızılları satdım. Əlavə 100 min dollar toplayıb 2009-cu il noyabrın sonlarında pulu ona verdim. 1-2 gün sonra Vüsal zəng elədi ki, rəhbərlik razılaşmır. Əlacsız durumda idim, nə edəcəyimi bilmirdim”.

Dövlət ittihamçısının “niyə şikayət etmirdiz?” sualına iş adamının cavabı belə olub: “O zaman bunların qılıncının dalı da, qabağı da kəsirdi. Kimə şikayət edəcəkdim? Məcbur olub 50 min dollar da topladım. Vüsala zəng edib dedim ki, daha heç yerdən pul tapa bilmirəm, istəyirsən məni tut. Təqribən 1 saatdan sonra Vüsal zəng edib muştuluq istədi. Dedi ki, “təbrik edirəm, rəhbərlik razılaşdı”. Növbəti gün Yasamal bazarının yaxınlığında pulu Vüsala verdim”.

Zərərçəkən bildirib ki, onun banka əmanət kimi qoyduğu 623 min avro da bu günə qədər ona qaytarılmayıb.

Proses martın 1-də davam etdiriləcək. 

Qeyd edək ki, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Dünyanın ən bahalı 10 restoranı

Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO

Avro bahalaşıb - Günün məzənnəsi

Lerikdə zəlzələ oldu

"Bitcoin" dəyərlənir - Günün kriptovalyuta göstəriciləri

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır - SƏHƏR OXUSU

Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Qarabağ Universiteti üçün kampus TİKİLƏCƏK

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Bu sualda səhvlik olub- Abituriyentlərin xeyrinə hesablanacaq

"Apple" bütün "iPhone 17" modellərində "metalens" texnologiyasından istifadə edəcək

Məşhur iş adamı uğurlu karyera üçün başlanğıcda atılmalı olan iki addımı açıqladı

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM

Bayram ərəfəsində bölgə hotellərində son vəziyyət (VİDEO)

Xaricdən mobil telefon gətirmək niyə azalıb? (ARAŞDIRMA)

Bu xüsusiyyətlər səndə varsa, “Öz işinin ağası” ola bilməzsən

İllik 1 milyon 920 min manata belə kimsə bu işdə işləmək istəmir

Bu ölkə Azərbaycana 1,22 manatdan donuz piyi satıb

CEO olmaq üçün MBA təhsili almaq zəruridir?

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Ağ şəhərdə fəaliyyət göstərən kafe biznesi satılır - QİYMƏT

Hərraca çıxarılan saatın dəyəri brilyantdadır, yoxsa sahibinin adında? - QİYMƏT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin