BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
19621

“Azərbaycan hakimiyyəti hazırda iki yolayırıcındadır: regional idarəetməyə keçsin, ya yox. Son vaxtlar atılan addımlar hökumətin regional idarəetmə barədə düşündüyünə işarədir”.

Valyuta.az xəbər verir ki, bu fikri iqtisadçı ekspert Samir Əliyev idarəetmədə aparılan son dəyişiklikləri şəhr edərkən səsləndirib. Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin ləğv edilərək Gəncə şəhər İcra Hakimiyyətinə tabe edilməsini bu prosesin davamı kimi qiymətləndirib:

“Ötən ilin dekabrında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəsi təyin edildi. Elə həmin ay Təhsil Nazirliyinin rayon idarələrinin regional idarələrlə əvəzlənməsini nəzərdə tutuan sərəncam imzalandı. Bundan əvvəl vergilər, mədəniyyət kimi nazirliklərin timsalında regional idarəetməyə keçid baş vermişdi. Görünən budur ki, hökumət bu barədə fikirləşir, amma daxilində güclü tərəddüd var. Çünki səlahiyyətlərini heç kimlə bölüşmək istəmir”.

S.Əliyev əlavə edib ki, hökumət xüsusi nümayəndəlik institutu yaratmaqla cəmiyyətdə icra hakimiyyətlərinin ləğv edilərək səlahiyyətlərinin bələdiyyələrə verilməsi istiqamətində müzakirələrin açılmasına rəvac verib. Cəmiyyətdə gedən müzakirələrə qarşı hələki hökumət təmsilçiləri tərəfindən reaksiyanın olmadığını bildirib:

“Ancaq görünən budur ki, hökumətin yerli idarəetməni indiki səviyyədə saxlamaq fikri yoxdur və qarşıdakı dövrdə dəyişikliklər etməli olacaq. Bu dəyişikliklərdə 3 ssenari mümkün görünür:

1. Prezidentin xüsusi nümayəndəsi aralıq təsisat rolunda. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur tam qurulduqdan, əhali geri qayıtdıqdan sonra Prezidentin xüsusi nümayəndəsi institutu ləğv edilir və səlahiyyətləri müvafiq rayonun icra hakimiyyəti strukturuna qaytarılır.

2. Regional idarəetməyə keçid. Prezidentin xüsusi nümayəndəsi institutu özünü doğrultduğu halda digər iqtisadi rayonlarda da analoji qurumlar yaradılır. Bu halda inzibati rayonlarda və şəhərlərdə icra hakimiyyəti qurumları ləğv edilir, onların səlahiyyətlərinin əhəmiyyətli hissəsi bələdiyyə qurumlarına ötürülür.

3. Yerli icra hakimiyyəti qurumlarına regional nəzarətin edilməsi. Xüsusi nümayəndəlik digər iqtisadi rayonlarda yaradılır, rayon icra hakimiyyəti qurumları saxlanılır, bələdiyyə qurumlarına isə heç bir səlahiyyət verilmir. Bu halda xüsusi nümayəndəlik regionlarda dövlət siyasətinin icrasına, icra hakimiyyəti qurumları isə təsərrüfat işlərinə məsul olur”.

Bəs bu ssenarilərin hansı daha realdır? Hökumət əlində cəmləşdirdiyi səlahiyyətləri bələdiyyələrlə bölüşməyə hazır olacaqmı? S.Əliyev suallara aydınlıq gətirərkən bildirib ki, bu, yeni idarəetmə institutunun necə reallaşmasından asılı olacaq:

“Bu ssenarilərin hansının real olacağını yaxın gələcək göstərəcək. Hər şey hökumətin niyətindən asılıdır. 1-ci ssenarinin baş verməsi ehtimalı az da olsa mümkündür. Bu, Prezidentin xüsusi nümayəndəliyi institutunun özünü nə dərəcədə doğrultmasından asılı olacaq. Təsadüfi deyil ki, təşəbbüs ilk olaraq Ağdam rayonunun işğaldan azad olunmuş əraziləri üzrə yaradılmışdı, sonra əhatə dairəsi iqtisadi rayon səviyyəsinədək böyüdüldü. Yeni təşəbbüs uğursuz olacağı təqdirdə mərkəzi hakimiyyətin yenidən ilkin vəziyyətə qayıtması istisna deyil”.

İqtisadçı yerli icra hakimiyyəti qurumlarına regional nəzarətin edilməsinin mümkünlüyünü istisna etməyib. Bu halda bələdiyyələrin ya səlahiyyətsiz struktur olaraq yenidən kənarda qalacaqlarını, ya da cüzi səlahiyyət əldə edəcəklərini proqnozlaşdırıb:

“Son illər bir sıra rayonlarda icra hakimiyyəti strukturlarının rəhbər şəxslərinin həbsi göstərir ki, bu qurumlara ölkə rəhbərliyi tərəfindən etimad aşağı səviyyədədir. Yeni təyinat alan kadrların özünü nə dərəcədə doğrultması da müzakirə mövzusu olaraq qalır. Belə vəziyyətdə yerli icra hakimiyyəti qurumlarına təsərrüfat işlərinin saxlanılması, digər səlahiyyətlərin, o cümlədən dövlət siyasətinin yerlərdə icrası, xarici investorların regiona cəlbi və onların müvafiq dövlət qurumları ilə koordinasiyası kimi səlahiyyətlərin Prezidentin xüsusi nümayəndəliyi institutuna həvaləsi mümkündür. Mərkəzi hökumətin bu addımı atmaq məqsədi yerli icra hakimiyyəti qurumlarına nəzarəti gücləndirməkdir”.

Regional idarəetməyə keçidin arzuolunan olduğunu deyən S.Əliyev bunun az ehtimal edildiyini vurğulayıb. Belə üsulun seçilməsi üçün siyasi hakimiyyətin səlahiyyətini bölüşməsinin vacibliyini qeyd edib.

Bələdiyyə institutunun gücləndirilməsinə gəlincə, iqtisadçı hələlik onların nüfuzunun üzrəkaçan olmadığını deyib: “Bələdiyyələrə qarşı səsləndirilən arqumentlərdən biri də onların idarəetmə təcrübələrinin azlığı, kadr potensialının zəifliyi, qeyri-şəffaf işləmələridir. Bu arqumentəri bütün bələdiyyələrə şamil etmək olmaz, hətta bu, təsdiqini tapsa belə həll oluna bilən problemlərdir. Çünki dövri olaraq bələdiyyə üzvləri və qulluqçularının dövlət idarəetmə qurumlarına keçidi göstərir ki, idarəetmə bacarığı təqdim edildiyi qədər bərbad deyil. Kadrların peşəkarlığı isə onun cəlbediciliyindən asılıdır. Bələdiyyənin zəruri maliyyə resursu olarsa, peşəkar kadrların axını olacaq”.

S.Əliyev bələdiyyələrinin işinin şəffaflığı məsələsinə də toxunub. Rayon icra hakimiyyətlərindən fərqli olaraq bələdiyyələrin maliyyə fəaliyyətinə dövlətlə yanaşı, həm də əhalinin nəzarət etdiyini deyib. Çünki əhaliyə ən yaxın qurum məhz bələdiyyələrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin