BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
18932

Bir neçə gün əvvəl Türkiyənin məşhur onlayn satış platforması olan Trendyolun satış şəbəkəsini genişləndirərək, məhsullarını xaricdəki ünvanlara karqo şəbəkələri olmadan çatdıracağı xəbəri yayıldı. İki ölkə arasındakı sıx əlaqələrə də nəzər yetirsək, platformanın alıcı kütləsinin bir qismi də azərbaycanlılardır. Lakin Trendyolun yeni layihəsi ilə bağlı məlumatlar təhrif olunaraq çatdırıldığına görə, ideya insanlar arasında birmənalı qarşılanmadı. Nəticədə vətəndaşlar yerli karqo şirkətlərinin bağlanacağını, şirkətin Azərbaycanda depo açacağını düşündülər. Bəs Trendyolun məqsədi nədir? Yeni layihə nələri vəd edir? Trendyol həqiqətən Azərbaycanda məntəqə açacaqmı?

Valyuta.az teleqraf.com-a istinadla mövzu ilə bağlı araşdırmanı təqdim edir:

“Trendyolun hədəfi sata bilmədiyi yerdə satmaqdır”

“Carry” yükdaşıma şirkətinin nümayəndəsi, onlayn ticarət və logistika üzrə mütəxəssis Nurlan Əhmədlinin fikrincə, satış platformasının məqsədi yerli istehsal məhsullarını Türkiyədən daşımaqdır:

“Xəbər yayılanda Trendyolun baş direktoru Çağlar Çətinin müsahibəsinin orijinalını və yerli xəbər portallarında olan versiyasını oxudum. Təəssüf ki, bizim jurnalistlərin əksəriyyəti mövzunu elə yazırlar ki, insan onu fərqli başa düşür. Çağlar Çətin deyir ki, qarşıdakı 5 il ərzində külli miqdarda vəsait ayırıb, Avropa, Dubay və Riyadda Trendyolun məhsullarını satmaq istəyirik. Hədəflərini açıq şəkildə bildirirlər - Berlin, Dubay, Riyad. Bu nə deməkdir? Onların satmaq istədikləri məhsullar bizim tanıdığımız bütün geyim mağazaları demək deyil. Məqsəd yerli istehsal olan məhsullarını Türkiyədən xaricə daşımaqdır. Bu gün Trendyol platformasında yüzlərlə rəsmi mağazalar var. Həmin mağazalar rəsmi saytları ilə yanaşı, Trendyol üzərindən də satış aparır.

Bu o demək deyil ki, Trendyol sabah Azərbaycanda birbaşa ünvana məhsul çatdıracaq. Burada mövzu iki cürdür. Birinci variant odur ki, şirkət Azərpoçt ilə müqavilə bağlayıb, daşıma edəcək. Məsələn, 500 ton məhsulu hər vətəndaşın qapısına azərpoçt vasitəsilə çatdırmağa çalışırlar. Birinci növbədə, Azərpoçtun daşıma tarifləri karqodan ucuz deyil. Həmçinin, Azərpoçt karqolar qədər sürətli və operativ deyil. Buna hardasa real baxıram, sistem olaraq isə olmasına inanıram”.

Ekspertin sözlərinə görə, şirkət Azərbaycanda satışa keçərsə, bütün mağazalar təmsil olunmayacaq:

“Trendyol Azərbaycanda depo açacaq, tətbiqdə gördüyümüz məhsulları trendyolda sifariş verəcəksən və ölkə daxilində 1-2 gün ərzində ünvana çatdırılma edəcək. Deyək ki, Trendyol bu variantı həyata keçirdi. Trendyol bizə "Mango", "Stradivarius", "Koton", "Defakto", "ADL" və sairə mağazalarının məhsullarını sata bilməyəcək. Çünki həmin mağazaların böyük qismi rəsmi şəkildə Azərbaycanda fəaliyyət göstərir. Bununla yanaşı, Trendyolun hədəfi niyə Azərbaycan olmalıdır? Hansı mütəxəssis Trendyolun hədəfinin Azərbaycan olduğu səbəbini məntiqli açıqlaya bilər?

Biz daşıyıcı şirkətlər Trendyolun işini görürük. Şirkət Azərbaycana potensial müştəri kimi baxır, ən yüksək ehtimalda vəsait ayırıb, Azərbaycanda reklam edər, daha çox insana özünü tanıdar. Deyək ki, bu gün bizim (karqolar) vasitəmizlə Azərbaycana sata bilir. Amma heç kim Berlində bizim kimi logistika şirkəti açıb, İstanbulda anbar götürüb, Almaniya vətəndaşına ünvan verib, xidmət göstərmir. Trendyol öz ölkəsində satdığı qiymətə bizə sata bilir, amma oraya sata bilmir və buna görə də həmin coğrafiyaya çıxmaq, işini artırmaq istəyir. Bu çox normaldır və mükəmməl layihədir. Amma Azərbaycanda Trendyolun məntəqə açması məntiqsizdir. Satış edə bildiyi halda nə üçün yenidən milyonlarla pul ayırmalıdır”.

“Azərbaycanda məntəqə açılarsa, qiymətlər dəyişəcək”

Nurlan Əhmədli hesab edir ki, məntəqə açıldığı təqdirdə artan rüsumlar qiymətlərə təsir göstərəcək: “Əgər Trendyol Azərbaycanda depo açsa, müştəri məhsulu karqo vasitəsilə sifariş etdiyi qiymətə ala bilməyəcək. Bu gün 50 tl-yə karqo vasitəsilə aldığımız köynəyi Trendyol Azərbaycana gətirəndə daşıma haqqı ödəyəcək, gömrük rüsumu ödəyəcək, vergi verəcək və 3-4 qat qiymətə olacaq. Vətəndaşa karqo ilə gətirmək sərf edir. Əgər buu ideya Azərbaycanda da həyata keçirilərsə, Hepsiburada, Çiçek Sepeti, N11, Morhipo, Boyner kimi satış platformalarının da ölkəyə yolunu açacaq. "LC Waikiki", "HM", "Zara" və sair kimi markalar Trendyolda olmasalar da, Azərbaycana yüksək miqdarda satış edirlər. Türkiyədə olan "Zara" ilə Azərbaycandakı məntəqəsi arasındakı qiymət fərqi dünya qədərdir.

Təkcə ötən il “LC Waikiki” Trendyol üzərindən satış edəndə Azərbaycandan xeyli sifariş gəlirdi. Ölkəmizdəki "LC Waikiki" şəbəkəsi İqtisadiyyat Nazirliyinə 90-a yaxın məktub göndərmişdi ki, "Biz Bakıda satış edə bilmirik". Dövlət bunun qarşısını almır, çünki Nazirlər Kabinetinin qərarına əsasən, qanunla hər bir Azərbaycan vətəndaşı 300 dollar miqdarında şəxsi istifadə üçün xaricdən istədiyi məhsulu ala bilər. Əgər bizimkilər düşünürsə ki, Azərbaycan-Türkiyə arasındakı münasibətə görə Azərbaycan Trendyola güzəşt edəcək, bu olmayacaq. Dövlət ona güzəşt edərsə, məcburdur ki, digər mağzalara da bunu etsin. Bu günə qədər mollarda olan mağazalara hansı rüsum tətbiq edilirsə, Trendyoldan da o rüsum alınacaq”.

“Yerli yükdaşıma şirkətlərinin gələcəyi parlaq deyil”

“Safex” yükdaşıma şirkətinin əməkdaşı Ramin Həsənzadə isə vətəndaşların karqoların bağlanacağı xəbərinə “sevinməsinə” münasibət bildirdi. Onun sözlərinə görə, Trendyolun satış edib-etməməsindən asılı olmayaraq yerli yükdaşıma şirkətlərinin gələcəyi çox parlaq deyil: “Bunu sahibkarlar da deyir. Bu baxımdan investorlar çox sərmayə ayırmırlar. Çünki işin gələcəyi qaranlıqdır – daşıyıcı şirkətlərin sayı çoxalır, işdə xeyir olmaya bilər. Bazardakı karqo şirkətlərinin 90 faizi zərərə işləyir. Bunun birinci səbəbi qiymətlərin çox aşağı olması, sahibkarın gəlir əldə edə bilməməsidir. Bu gün ölkə ərazisində dövriyyə etməli olan pullar xaricə çıxır. Bu da birbaşa olaraq ölkə iqtisadiyyatına ziyandır və əminəm ki, bir neçə il sonra mütləq bunun qarşısı alınacaq”.

“Trendyolun gələcəyini görmürəm”

Logistika ekspertinin fikrincə, Türkiyənin məşhur platforması planladığı layihəni reallaşdıra bilməyəcək: “Trendyol 2 il əvvəl batmaq üzrə idi və Alibaba platformanın 80 faizini satın alaraq şirkəti iflasdan xilas etdi. Bu gün Alibaba şirkətin dəyərini artırmağa çalışır, başqa ölkələrdə şirkətin marketinqini gücləndirir. Onlar Avropadakı həmyerlilərinə məhsulları çatdırmaq istəyirlər, lakin bu da çətin məsələdir. Çünki, hər ölkənin özünəməxsus gömrük sistemi var. Bu gün Türkiyədə 5 tl-yə satdığı məhsulu həmin layihə ilə Almaniyada 10 avroya satmalı olacaq. Mən Trendyolun gələcəyini görmürəm. Yeni ideyaları Türkiyə və Azərbaycanda, eyni zamanda Asiya ölkələrində özünü doğrulda bilər. Çünki Asiya ölkələrində qiymət fərqi var”.

“Trendyol keyfiyyətsiz məhsul satır”

Avropa vətəndaşının keyfiyyətə önəm verdiyini deyən Ramin Həsənzadə məhsulların həmin ölkələrdə satılmayacağını bildirir:

“Trendyol və Avropa məhsulları arasında keyfiyyət baxımından ciddi fərq var. Trendyolda satıcıların çoxu metro çıxışındakı satıcılardır. Satıcı vöen açır, peşəkar fotoqrafa məhsulları çəkdirir. Müştəri metro çıxışında gördükdə o ayaqqabını almır, amma Trendyoldan alır. Bu gün Trendyol səhv, zədəli, keyfiyyətsiz məhsulları göndərir. Satıcılar məhsulu adətən bilərəkdən səhv göndərir. Satıcı şirkət adı görəndə bilir ki, məhsul xaricdən sifariş olunub və müştəri onu geri qaytara bilməyəcək. Müştəri də belə olduqda eyni satıcıdan təkrar sifariş vermir. Trendyol satıcıları monitorinqdən keçirməsə, bu nöqsanları həll etmək baxımından inkişaf etməsə, insanlara əvvəlki kimi maraqlı olmayacaq və iflasa uğrayacaq. Mağaza vergi ödəyir, işçiyə əmək haqqı verir. Müştəri mağazada məhsulu geyinib, baxa bilir. Amma onlayn ticarətdə bu kamfort yoxdur. Riskli olduğuna görə də məhsulu daha aşağı qiymətə təklif etməlidir ki, sənin marağını çəksin. Bu gün trendyolun satış rəqəmləri hər gün aşağı enir. Trendyol hər bir satıcıdan 20 faiz gəlir əldə edir. Bununla yanaşı, məhsulu satılan kimi ödəniş satıcının hesabına köçürmür. Məsələn, 30 gün ərzində satıcı nə qədər satış edibsə, ay sonu həmin ödənişi edir. Buna görə də keyfiyyətli satıcılar trendyola daxil olmaqdan imtina edirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin