BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
18899

"İndiyədək məni bu həyatda heç kim aldada bilməyib. Əgər bu adam məni aldada bilibsə, inanıram ki, çox "qabağa" gedəcək"

"Olympus” park tikinti şirkəti ilə iş adamı Hacı İbrahim Nehrəmli arasındakı borc davası artıq mətbuata çıxıb. 

Valyuta.Az xəbər verir ki, bu barədə demokrat.az-a Hacı İbrahim Nehrəmli danışıb. 

O bildirib ki, iş adamı Rəfael Qarayev onu aldadaraq külli miqdarda pul "atıb".

Maraqlıdır ki, bir neçə gündür bu haqda mediada davamlı məlumatlar dolaşır. Bu məlumatların həmin media orqanlarına Hacı İbrahim Nehrəmli tərəfində sızdırıldığı barədə də iddialar var. 

Hazırda iki iş adamı arasında "böyük pul" qalmaqalı yaşanır: ""Olympus” parkın daxilində qurulan piramida şəbəkəsinin fəaliyyəti iş adamlarını aldadılmasına və onların sərmayələrinin mənsimsənilməsinə yönəlib. Bu şəbəkəsinin başında isə şirkətin rəhbəri Rafael Qarayev dayanır: "İndiyə qədər 37-dən çox ortağı olan "Olympus park” şirkətinə tanınmış iş adamları aldadılaraq cəlb edilib", - məlumatda belə qeyd olunur. 

Bildirilir ki, "Olympus park” şirkətinin müxtəlif fırıldaq əməllərlə işə cəlb etdiyi şəxslər içərisində xeyli sayda türk iş adamları da var: "Şirkətin ölkə üzrə həyata keçirdiyi layihələr ciddi risklər formalaşdırır. Belə ki, "Olympus park” şirkətinin qeyri-qanuni addımları nəticəsində ölkədə xeyli sayda narazı insanların təbəqəsi formalaşıb. Narazı, aldadılan insanların hüquqlarının təmin edilməməsi Rəfael Qarayevin qol-qanadını daha da açır. O, özünün geniş əlaqələrindən və maddi imkanalrından istifadə edərək vətəndaşlarla dövlət arasında dərin çat yaradır. Şirkətinin "28 May” ünvanındakı apardığı tikinti işləri zamanı ağacları kəsməsi də narazılıq yaradıb. Hətta buna görə şirkətə cinayət işi də açılıb".

Məlumata görə, hazırda "Olympus park”a bir neçə cinayət işi açılıb: "Bunu sübut edən rəsmi sənədlər də var. Məsələ bundadır ki, Nərimanov layihəsi ilə bağlı da şirkətə cinayət işi açılıb. Çünki şirkət vətəndaşa məxsus əmlakı onun icazəsi olmadan söküb və bu günə qədər razılıq əldə edilməyib. Bunu sübut edən məhkəmə qərarı var. Xətai rayonunda kompleks tikilən zaman "Lider” idman klubu qanunsuz olaraq sökülüb və sahibinə aid əşyalar dağıdılıb. Bu hadisə ciddi ictimai müzakirələrə də səbəb olmuşdu. İddia olunur ki,şirkətin 7-ci mikrorayondakı tikinti ərazisində apardığı işlərlə bağlı azərbaycanlı kemiş bankir və Türkiyənin məşhur iş adamlarından biri də aldadılıb. Belə ki, bu şəxslərin pulları alınıb, mənimsənilib".

"Olympus park” şirkətinin qanunsuz addımları o həddə çatıb ki, Badamdar ərazisindəki tikinti işlərini məhkəmə dayandırıb: "Məhkəmə qarşı tərəfin lehinə qərar çıxarıb və nəticədə Rəfael Qarayev uduzub. Əslində şirkət tamamilə çöküb. Ancaq qurulan piramida şəbəkəsi sayəsində özünü sağlam göstərməyə çalışır. Fakt budur ki, şirkətin bütün layihələrində işlər dayanıb". 

Hacı İbrahim Nehrəmli deyir ki, Rəfael Qarayev onun şirkətlərindən birinin 50 faizini alıb: "Bəli, həqiqətən də, Rafael Qarayev bizə aid olan şirkətin ona satılması üçün müraciət etmişdi. Belə razılaşdıq ki, şirkətin 50 faizini ona verək. O, ilkin 50 faizin ödənişlərini problemsiz icra etdi. İkinci 50 faizi isə ödəniş olmadan bizdən istədi və kişi sözü verdi ki, pulu vaxtında odəyəcək. Bundan sonra isə onunla əlaqə saxlamaq mümkün olmadı. Telefon zənglərimizə cavab vermədi. İndi də təsisçilərimiz ondan şikayətçidir. Pullarını geri alıb-almayacaqları hələ ki sual altındadır".

"Hamı kimi mən də eşidirəm ki, Rafael Qarayevlə bağlı şikayətlər var, onun çoxsaylı şərikləri ilə olan münaqişəsini mən də eşitmişəm. Amma işin içərisində olmadığım üçün dəqiq bir söz deyə bilmirəm. Ancaq bu cür hərəkətləri iş adamına yaraşdırmıram", - deyə o bildirib. 

"İndiyədək məni bu həyatda heç kim aldada bilməyib. Əgər bu adam məni aldada bilibsə, inanıram ki, çox "qabağa" gedəcək. Piramidanın hansı nöqtəsində yıxılacaqsa, onu deyə bilmərəm. Amma mən bilirəm ki, adam siyasi ambisiyalarla yaşayır. Bu gedişatla ona da nail olacaq", - İbrahim Nehrəmli qeyd edib. 

R.Qarayevin Ukraynanın Kiyev şəhərinə qaçdığı da bildirilir, amma bu məsələ nə özü, nə də hər hansı bir rəsmi qurum tərəfindən təsdiqlənib.

Rəfael Qarayevdən məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin