BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
14189

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələ idxaldan asılılığın aradan qaldırılmasıdır. Yerli sənaye istehsalının artması, qeyri-neft sektorunun inkişafı ilə bağlı əsas məsələ idxalın əvəzlənməsidir. Ya milyardlarla vəsaitimiz əldən çıxacaq, ya da... 

Valyuta.az Musavat.com-a istinadən xəbər verir ki, ilin birinci rübünün yekunlarına görə, 2,5 milyard dollarlıq idxalımız olub.

Bu, orta hesabla il ərzində 10 milyard dollarlıq idxal deməkdir və nəticə etibarilə ondan xəbər verir ki, ölkədən 10 milyard dollar vəsait xaricə gedib. Azərbaycanın idxalın azaldılması baxımından imkanları kifayət qədər genişdir.

Yəni idxalın azaldılması, sadə dildə desək, valyutanın ölkədə qalması və yerli istehsalın genişləndirilməsinə xidmət edə bilər. Nəticə etibarilə biz nə qədər az idxal ediriksə, bir o qədər vəsaitin ölkədə qalmasına nail oluruq. Çünki idxal ölkədən vəsait aparır, ixrac isə ölkəyə vəsait gətirir. Eyni zamanda idxalın azaldılması bütövlükdə qeyri-neft sektorunun inkişafı baxımından vacib hesab olunur.

Bəs hökumət niyə bu qədər vəsaitin ölkədə qalmasına deyil, xaricə getməsinə imkan yaradır? İdxalın azaldılması üçün hansı işləri görmək olar? Bu yöndə bizə nələr mane olur?

 

Valyuta.az xəbər verir ki, “Yeni Müsavat”a açıqlamasında mövzunu dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov vurğulayıb ki, əslində bu problemi kiçik, miqyassız, sadəcə kosmetik xarakter daşıyan addımlarla  həll etmək mümkün deyil: 

“Xüsusilə də 2016-cı ildə qəbul olunan 12 strategiyanın icrasından sonra bu istiqamətdə ciddi mənzərə dəyişikliyinin olmaması da bunu bir daha  sübut edir. Məsələ ondan ibarətdir ki, faktiki olaraq ölkədə fundamental islahatların aparılmasına ehtiyac var. Burada daha çox iqtisadiyyatın həm üfüqi, həm də şaquli istiqamətdə diversifikasiya edilməsidir. Ümumiyyətlə götürəndə, çox ciddi fundamental islahatlar qısamüddətli dövrdə əks-effekt yarada bilər. Bizim yerli istehsalçıların bir qismi öz rəqabət qabiliyyətini itirə bilərlər. Ancaq bu prosesin sonunda Azərbaycan istehsalçısı rəqabətli məhsul istehsal etmək bacarığına yiyələnə bilər. Bu rəqabətli mühit onun daha keyfiyyətli, dünya bazarına çıxa biləcək  məhsul istehsal etmək və daxili bazarda da xarici məhsullarla rəqabətə cavab verəcək  məhsullar təklif etməsinə gətirib çıxaracaq”.

Ekspertin fikrincə, bu baxımdan ilk növbədə Azərbaycanın xarici iqtisadi bloklara daxil olması vacib şərtlərdən biridir: 

“Xüsusilə də Ümumdünya Ticarət Təşkilatı və Avropa Birliyi ilə razılaşmaların əldə edilməsi, daxili bazarın açılması, bu fonda ölkəyə ciddi həcmdə xarici investisiyanın birbaşa daxil olması  imkanları yarana bilər. Bu özlüyündə yerli istehsalın genişlənməsi, həm xarici təcrübənin ölkəyə gəlməsi, həm də xarici bazarlara çıxış üçün potensial formalaşdıra bilər. Bundan başqa, bütövlükdə götürəndə biznes mühitinin şərtləri  dəyişməlidir. Həm Dünya Bankının, həm Dünya İqtisadi Forumunun sahibkarlıq subyektləri arasında keçirdiyi qiymətləndirmələr, o cümlədən maliyyə əlçatanlığı məsələsi öz həllini tapmalı olan problemlərdən biridir”.
 
R.Həsənovun sözlərinə görə, ilkin mərhələdə yüngül sənaye və yeyinti sənayesi sahəsində idxalın qarşısını almaq mümkündür: 

“Sonrakı dövrlərdə mərhələli şəkildə müəyyən irəliləyiş ola bilər, məhsul çeşidini artırmaq mümkündür. Azərbaycan həm yerli istehsalın gücləndirilməsi, həm də ixracla bağlı ciddi strategiyalar qəbul edə bilər. Həm orta müddətli - 5 illik, həm uzunmüddətli - 10 illik strategiyalar qəbul edib bunu icra etməlidir. Yerli istehsalın rəqabətliliyinin artırılmasında, maya dəyəri məsələsində müəyyən üstünlüklərin əldə edilməsində mövcud olan problemlərdən biri kimi məhz xammal əlçatanlığının artırılması, gömrük siyasətində dəyişikliklərin edilməsi, xammalın ölkəyə rüsumsuz idxalı ilə bağlı imkanların yaradılması ilə yanaşı inzibati klasterləşmə mümkün olmalıdır. Azərbaycan bazarı kiçikdir və burada bəzi məsələlər başa düşüləndir.  Çünki bəzi xammal və yarımfabrikatların ölkədə istehsalı səmərəli olmaya bilər. Amma  bu əksər məhsullara aid deyil, daha strateji məhsullara aiddir. Bu istiqamətdə yan sənayenin, klasterlərin formalaşması, istehsal  olunan məhsulun maya dəyərinin  ölkədə formalaşan hissəsinin artırılması ilə, xarici fruktasiyalara dözümlülüyünün təmin edilməsi də ixrac qabiliyyətli istehsalın, eyni zamanda daxili bazarı təmin edə biləcək istehsalın formalaşmasında çox mühüm rol oynayır”.

İqtisadçı vurğulayıb ki, bunun siyasi tərəfləri də var: 

“Biznes mühiti kifayət qədər mürəkkəb və çoxtərəfli məsələləri özündə birləşdirir. Eyni zamanda məhkəmə islahatları, demokratik mühit, yerli özünüidarə imkanlarının inkişaf etməsi, onların investisiya cəlb etmək üçün səylərinin artırılması çox vacib məsələlərdən biridir. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də mühüm qərarların qəbul olunmasına ehtiyac var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Gömrük Komitəsi “Bion Medical”a protokol yazdı

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Bakı Baş Səhiyyə Mərkəzi" cərimələndi

Enerji böhranı hər bir Almaniya vətəndaşına ildə 2600 avroya başa gəlir

Aİ ABŞ-ı Rusiyanın aktivlərini əlindən almaq istəməsinə görə qınadı

"Kəpəz İnşaat M" məhkəmə qarşısında

“Ingenuity” Marsdan son mesajını göndərdi

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Balinalarla danışmaq mümkün ola bilər

"Huawei" eyni vaxtda 4 bahalı və güclü "Pura 70" smartfonunu təqdim etdi

AstraZeneca diabet dərmanı ilə bağlı İstintaq Komitəsinə müraciət etdi

“Nurgün Motors”a qarşı iddia

Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin