BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
13642

Azərbaycanda dövriyyədə olan bank kartlarının sayı getdikcə artır. Ən son məlumatlara görə, hazırda ölkədə təxminən 10 milyon ədəd, yəni əhalinin sayı qədər bank kartı var ki, bu da 1 il əvvələ nisbətən 20-25% çoxdur. 

Bəs bu kartlar necə hazırlanır? Onların 16 rəqəmli nömrəsi, CVV kodları necə müəyyən olunur? 

Valyuta.az xəbər verir ki, Report.az bununla bağlı bazar iştirakçılarını danışdırıb.

Ölkədə 2 əsas prosessinq mərkəzi var

Hazırda Azərbaycanda 2 əsas prosessinq mərkəzi fəaliyyət göstərir. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus "Azericard" MMC, eləcə də 16 digər yerli bankın, "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) və “Urbis Holding İnc.” şirkətinin birgə yaratdığı "Millikart" MMC-dir.

"Azericard"ın Biznesin inkişafı departamentinin direktoru Cahangir Məmmədov deyir ki, onların işi dövriyyədə olan bank kartlarına texniki xidmət göstərməkdir: 

“Yəni, prosessinq mərkəzi olaraq kart istehsalı ilə məşğul deyillər. Plastik kartın sifarişi, Azərbaycana gətirilməsi və fiziki olaraq dövriyyəyə buraxılmasını bank həyata keçirir. Biz isə onları aktiv fəaliyyətə keçiririk. Yəni, kart istehsal olunduqdan sonra onu təqdim edən bank bizimlə əməkdaşlığı edirsə, biz onu sistemdə aktiv edirik, ona texniki xidmət göstəririk”.

Bank kartları Azərbaycana bir neçə ölkədən gətirilir

Azərbaycanda bank kartları istehsal olunmur. Yerli banklar onu xaricdən idxal edir və öz müştərilərinə təqdim edirlər. 

“Bank Respublika” ASC-də deyirlər ki, onlar kartların hazırlanması üçün bir neçə ölkənin şirkətlərinə müraciət edirlər:

“Plastik kartların istehsalı ilə məşğul olan Ukrayna, Türkiyə, Rusiya, Çin kimi ölkələrə məxsus şirkətlər var. Bu şirkətlərin istehsal etdiyi hər bir kartın parıltılılıq, elastiklik kimi özünəməxsus xüsusiyyətləri var. Bunlara görə kartların qiymətləri də fərqlənir. Kartlar istehsal edilib bizə təhvil verildikdən sonra, onlara prosessinq mərkəzlərində çiplər, 16 rəqəmli nömrələr və CVV kodları əlavə edilib dövriyyəyə buraxılır. Əməkdaşlıq etdiyimiz xarici şirkətlər kartların növünə görə dəyişirlər. Məsələn, biznes kartları daha elit kartlar hesab olunduğuna görə onların istehsalı üçün keyfiyyətinə daha əmin olduğumuz şirkəti seçirik. Qısa müddətli istifadə olunan adi elektron kartları isə başqa şirkətlərə sifariş veririk. Heç bir bank konkret olaraq bir şirkətlə işləmir. Buraxılan kartın seqmentinə görə şirkət dəyişir”.

"Banka kart istehsal etmək sərfəli deyil"

 

Bəs bu kartlar Azərbaycanda istehsal oluna bilərmi? 

 

"Bank Respublika"nın əməkdaşı deyir ki, bu, banka sərf edən məsələ deyil:

“Bu növ istehsal bizim üçün maraqlı deyil. Çünki, bu proses böyük xərc tələb edir. Bu xərci çəkməkdənsə, kartları sərfəli qiymətə almaq daha yaxşıdır. Biz kart istehsal etsək, heç olmasa maya dəyərini çıxarmaq üçün onu digər banklara satmalıyıq. Bu isə mümkün deyil. Ona görə də kartı xaricdən almaq, öz çipimizi və kodlarımızı əlavə edərək dövriyyəyə buraxmaq bizim üçün daha sərfəlidir. Kartın üzərinə kodların yazılmasını burada da edə bilərik, sifariş vermək də mümkündür”.

"Özümüzün prosessinq mərkəzimiz var"

“Unibank” ASC də plastik kartların hazırlanması üçün xarici şirkətlərin xidmətindən istifadə edir: 

“Amma kartlara müştəri məlumatlarının, kodların əlavə edilməsi Bankın öz prosessinq mərkəzində həyata keçirilir. Özümüzün prosessinq mərkəzimiz var. Burada məlumatların əlavə edilməsini müasir avadanlıqlarda və peşəkar mütəxəssislərin iştirakı ilə, tam təhlükəsiz qaydada həyata keçiririk. İstifadəyə tam hazır kartlar müştərilərin sifarişlərinə uyğun olaraq filiallara göndərilir”.

Ölkədə başqa kartlar istehsal olunur

Azərbaycanda bank kartları istehsalı olunmasa da, çipsiz müxtəlif hədiyyə və bonus kartları istehsal olunur. Bununla məşğul olan şirkətlər mövcuddur.

Belə şirkətlərdən birinin rəhbərinin “Report”a verdiyi məlumata görə, hazırda heç bir yerli şirkətin çipli kart istehsal etmək üçün lisenziyası yoxdur: 

“Biz banklar üçün lokal xarakter daşıyan yalnız çipsiz kartlar istehsal edirik. Çipli kartların isə hamısı xaricdən gəlir. Azərbaycanda bu kartları istehsal etmək üçün heç bir şirkətin lisenziyası yoxdur. Banklar da bunu bilir və bu məsələ ilə bağlı bizə müraciət etmirlər. Bizim bu çipləri almaq üçün təqdim edəcəyimiz tiraj yoxdur. Bunun üçün Dünya Bankından lisenziya alınmalıdır. Onların da illik müqavilə ilə satdığı çiplərin sayı bizim tiraja uyğun deyil. Bildiyimə görə, bu say 30 milyondan da yuxarıdır. Bu sayda kartı isə heç bir bank sifariş etmir. Çipli kartları banklar yalnız öz bank lisenziyaları əsasında xaricdən ala bilirlər. Bizim onu istehsal etmək və satmaq hüququmuz yoxdur. Biz sadəcə lokal xarakterli və adi bonus kartları istehsal edirik. Azərbaycanda bankların 90%-i bu kartlarla işləyir və biz onlara lokal kartlar veririk. Bu kartlar adətən birdəfəlik istifadə üçün verilən kartlardır. Azərbaycanda plastik kart istehsalını bundan artıq genişləndirmək mümkün deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər ®

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)

Son üç ayda əhali ABB-dən 72 milyon manat depozitini geri çəkib

Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?

Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirildi (FOTO)

“Premium Bank”ın aktivləri 10 milyon manata yaxın azalıb

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Deputat

Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır (VİDEO)

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

EBRD Azərbaycan üzrə investisiya portfelini 40 mln. avro artırıb

Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu

Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu

Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA + VİDEO

3 ayda Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub

Avro və lirə ucuzlaşıb – Məzənnə

Azərbaycan neftinin qiyməti 3 dollar ucuzlaşıb

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Planetin ən təmiz havası bu bölgədədir – Səbəbi bəlli oldu

Neftin qiyməti 130 dollara qalxa bilər - Səbəb nədir?

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir

Yemək və içki həvəskarları üçün Avropanın ən yaxşı şəhərləri (SİYAHI)

Tək səyahət etmək istəyən turistlər üçün 10 qızıl qayda (SİYAHI)

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin