BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
12595

Ölkədə gül sənayesini inkişaf etdirmək üçün xarıbülbüldən başlamalıyıq

Hollandiyada gündəlik birjalarda 35 milyon gül satılır

El şənliklərinin, bayramların, nişan və toy mərasimlərinin bəzəyi olan güllərdən həm də dekorativ işlərdə geniş istifadə olunur. Paytaxtda bağ-bağçaların, istirahət yerlərinin, turizm mərkəzlərinin və yol kənarlarının ətrafına naxış kimi düzülən çiçəklər insanların zövqünü oxşayır, şəhəri daha da gözəlləşdirir. Müşahidələr göstərir ki, uzun illər Bakı kəndlərində əsas məşğuliyyət və gəlir sahələrindən olan gülçülüyün inkişafı bu gün qənaətbəxş deyil.

Müstəqilliyimizin bərpasının ilk illərində tənəzzülə məruz qalmış gülçülük təsərrüfatlarını yenidən bərpa etmək və onun şöhrətini qaytarmaq gülçülərin ən böyük arzusudur. Sovet dövründə daxili tələbatla bərabər, İttifaqa daxil olan respublikaları da təmin edən Abşeron gülləri həm də gözəl ətri ilə fərqlənib. Bu gün isə ölkənin mağazalarında satılan güllərin böyük bir qismi xaricdən gətirilir. Əsasən də, Hollandiya, Fransa və Türkiyədən gətirilən bəzək bitkiləri çoxluq təşkil edir ki, bu da yerli güllərin satılmasına mənfi təsir göstərir. Azərbaycanda gül sənayesinin inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə deyib ki, Azərbaycanda gül sənayesinin inkişaf etdirilməsi üçün xarici ölkə təcrübələrinə nəzər yetirməkdə fayda var. İqtisadçı qeyd edib ki, ölkəmizdə gül sənayesinin inkişafını xarıbülbül gülü ilə qoymaq olar:

"Azərbaycanda gül sənayesini inkişaf etdirməzdən əvvəl xarici ölkədə lider olan Hollandiya ölkəsinə nəzər yetirmək lazımdır. Məsələn, Hollandiya gül sənayesi inkişaf edərək xarici bazarları necə fəth edir? Qeyd edim ki, Hollandiya kəsilmiş gül və soğanlı gül istehsalına görə dünyada birinci yeri tutur. 4.5 min hektar ərazilərdə müxtəlif növ güllər əkilir. 2700 gül təsərrüfatı sahələri var.

Hollandiya aqrar ölkə olduğundan müasir kənd təsərrüfatı texnologiyalarından geniş istifadə edir. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu aqrar universitetləri Hollandiyada yerləşir.
Suyun üzərində özlərinə ölkə yaradan hollandlar torpağın nə qədər dəyərli olduğunu çox gözəl bilirlər. Gündəlik birjalarda 35 milyon gül satılır. Birbaşa burada onların ən məşhur olan və Alsmeer şəhərində yerləşən Flora Holland şirkəti çıxış edir. Tək 2014-cü ildə balaca bir ölkənin payına dünya gül sənayesinin 52 faizi düşürdü. Həmin il dünyada bu sənayenin gəliri 20 milyard ABŞ dollar civarında qiymətləndirilirdi. Həmin il tək satışdan 6 milyard ABŞ dollar vəsait qazanmışdılar".

R.Qarayev bildirib ki, son zamanlar ucuz qiymətə olan gül sənayesinə tələbat artıb:

"Bildiyimiz kimi pandemiya bütün sənaye sisteminə ciddi zərər vurdu. Bu baxımdan da gül sənayesi bundan kənar qalmadı. Azərbaycanda da gül sənayesini inkişaf etdirmək mümkündür. Ələlxüsus da Şuşada yetişən xarıbülbül gülünü dünyaya ixrac etmək olar. Reklama gəldikdə isə hazırda bu gül Şuşanın simvolu sayılır.

Yanılmadız, Şuşa qalası yox, yalnız bu gül. Bu yaxınlarda da bilirsiniz ki, "Xarıbülbül" festivalı keçirildi. Kənardan baxsaq qeyd etdiyim kimi, ölkə daxilində bu gülün pulsuz reklamı gedir.
Sadəcə, onu daha geniş səviyyəyə çıxartmaq olar. Bununla da gül sənayesinin ölkədə inkişafını xarıbülbül gülü ilə qoymaq olar. Qeyd edim ki, Qarabağ zonası dağlıq zonadır. Buna görə də burada müxtəlif güllər də yetişdirmək mümkündür.

Aqrar universitetdə gülçülük sənayesinin inkişafı üçün Hollandiyadan mütəxəssislər dəvət etmək olar. Əgər suyun üzərində yerləşən bir ölkə öz aqrar sənayesini inkişaf etdiribsə, biz niyə ondan geri qalırıq? Neft erası nə vaxtsa bitəcək. Biz ölkə miqyasında müxtəlif növ sənaye sahələrini inkişaf etdirməliyik.

Sovet vaxtı ölkədə aqrar sahəyə çox geniş yer verilirdi. İnstitutlar, elm adamları var gücü ilə işləyirdi. Təsadüfi deyil ki, ölkədə bu sahə üzrə dünya səviyyəsində alimlərimiz yetişib. Yəni bünövrə var, bizlərə qalıb yalnız onu inkişaf etdirmək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin