BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
12202

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi göstərdi ki, bəzi icra başçıları korrupsiyaya qarşı mübarizə tədbirlərini ciddiyə almır.

Valyuta.Az HİT.Az-a istinadla xəbər verir ki, Alimpaşa Məmmədova qədər 4 icra başçısı həbs edilib. Bundan başqa, DTX iki mərkəzi icra hakimiyyətində - Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində (DSX) xüsusi əməliyyat keçirib. Adıçəkilən qurumun vəzifəli şəxsləri tutuqlanıb. Məntiqlə icra başçıları və digər vəzifəli şəxslər bu həbslərdən nəticə çıxarmalı idi. Biz hələ Prezident İlham Əliyevin heç kimə güzəşt olunmayacağı barədə xəbərdarlıqlarını demirik. Bütün bunlara baxmayaraq, hələ də köhnə qaydalarla işləyən məmurlar var. Alimpaşa Məmmədovun həbsi də buna misal ola bilər. Lakin o, tək deyil. Alimpaşa Məmmədov kimi icra başçıları hələ də vəzifədədir. Məsələn, mediada xüsusilə Bərdə və Tərtərin icra başçıları haqqında tənqidi materiallar gözlərimizi qabar edib. Təsadüfi deyil ki, DTX hər dəfə hansısa icra hakimiyyətində xüsusi əməliyyat keçirəndə sosial şəbəkə istifadəçiləri  “çekistlər”i Bərdə və Tərtərə də dəvət edirlər.

Alimpaşa Məmmədovun həbsindən sonra isə belə iddialar səsləndirilir ki, növbədə məhz bu rayonların icra başçılarıdır. Bu barədə mediada da məlumatlar yayılıb. Ancaq onu da qeyd edək ki, anti-korrupsiya aktlarından nəticə çıxarmayan icra başçılarından biri də Qazaxın rəhbəri Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.

Sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, Rəcəb Babaşov Qazaxın icra başçısı olduqdan sonra yerli qurumları mərkəzdən köçürməyə başlayıb. Onların inzibati binalarını isə müxtəlif iş adamlarına satır. 

İddialara görə, Hərbi Komissarlığın binası “Abu-Life” Ticarət Mərkəzinin sahibinə satılıb. Komissarlıqla üzbəüzdə yerləşən Mütəfəkkirlər Parkının bir hissəsinin satılaraq yerində obyekt tikildiyi barədə də məlumatlar var.

Həmçinin bildirilir ki, icra başçısı Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun inzibati binasını da satıb. İddia olunur ki, binanı Qazaxın icra nümayəndəsi Akif Vəliyev alıb. Amma alqı-satqı müqaviləsi icra nümayəndəsinin qohumlarından biri ilə bağlanıb və əmlak həmin şəxsin adına rəsmiləşdirilib.

İnternet resurlarında araşdırma apararkən Rəcəb Babaşovun başqa qanunsuz əməlləri barədə də saysız-hesabsız materiallara rast gəlinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin