BAKU Azərbaycan
15°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Valyuta.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilib.

Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edək ki, DTX Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmədovun həbs edilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Prezident İlham Əliyevin aprelin 27-də imzaladığı sərəncamla o, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Aprelin 28-də məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

“Azərenerji” servis xidmətinə 140 min manat yönəldəcək - TENDER

Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI

Dünya Bankı Azərbaycana kredit ayırmağa hazırdır

Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi

Keçmiş bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib

Əli Əsədovdan QHT-lərlə bağlı qərar

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır - RƏSMİ

Mərkəzi Bankdan rəqəmsal valyuta ilə bağlı AÇIQLAMA

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

Taxıl biçinində kombaynlara GPS-lə nəzarət olunacaq - “Aqroservis”

DVX 2,5 milyon manatlıq 2 tenderə yekun vurdu – QALİBLƏR AÇIQLANDI

Azərbaycanda qızıl cüzi bahalaşıb

Mayın 17-dən sonra açılacaq məktəblər yenidən qapanmaya gedə bilər - EKSPERT

Ləğv olunmuş bankların əmanətçilərinə ödənilən kompensasiya AÇIQLANDI

“Aqroservis” 234 min manatlıq tenderin qalibini AÇIQLADI

İnternet provayderlərinin xidmət keyfiyyəti necədir? - SORĞU

Ən sərfəli istehlak (nağd) kredit təklif edən banklar – SİYAHI

“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib - RƏQƏMLƏR

Tədris ili uzadıla bilərmi? - AÇIQLAMA

Gürcüstan əlavə 500 min doza “Sinopharm” vaksini alacaq

Bütün xəbərlər