BAKU Azərbaycan
15°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797
Hesablama Palatası nəyə görə Dövlət Gömrük Komitəsini və Mərkəzi Bankı ittiham edir?

 

“Ölkədən 1,1 milyard manat ekvivalentində nagd valyutanın çıxarılması məsuliyyətini Dövlət Gömrük Komitəsi Mərkəzi Bankın, MB-də DGK-nın üzərinə atır”.

Valyuta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

O, bildirib ki, Hesablama Palatasının fəaliyyətinə dair hesabatında 7 rezident bank vasitəsilə ölkədən xarici valyutanın çıxarılması zamanı sənədləşmə prosesində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb. 

Ekspert, Palatanın bu qənaətə Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar nəticəsində gəldiyini diqqətə çatdırıb. 

Onun sözlərinə görə, bununla bağlı açıqlama yayan DGK iddiaların tamamilə əsassız olduğunu və gömrük orqanlarının qanunvericiliyə uyğun olaraq üzərilərinə düşən vəzifələri tam yerinə yetirdiyini, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcud olduğunu bildirib. 

Q.İbadoğlu, DGK-nın Hesablama Palatasına verdiyi cavabda əsas məqamı yeniddən diqqətə çatdırıb:  

“Gömrük Komitəsi bəyan edib ki, qurumun ölkədən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur. Belə ki, nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun (yəni Mərkəzi Bankın) funksiyalarına aiddir”.

Ekspert, Mərkəzi Bankın (MB) HP-na verdyi cavabdakı əsas məqamlara nəzər yetirib: 

“AMB  açıqlama yayıb ki, Hesablama Palatasının hesabatında qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir. MB hesab edir ki, yoxlanılan dövr ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1.1 mlrd. manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib”. 

Onun sözlərionə görə, Hesablama Palatasının hesabatında ölkədən 1,1 milyard manat ekvivalentində nagd valyutanın çıxarılması zamanı sənədləşmə prosesində natamamlıqlar olduğunu qeyd edilir və DGK-nı suçlayır: 

“DGK məsuliyyəti MB-nin üzərinə atır. MB-də açıqlama verir ki, hər şey qaydasındadır. Belədirsə, onda sual olunur: Hesablama Palatası nədən yalan məlumat yayır? Özü də ölkədən qanunsuz çıxarılması iddia olunan valyuta vəsaiti 650 milyon dollar və ya 550 milyon avro ətrafındadır. Hesab edirəm ki, Hesablama Palatası təkrar açıqlama verməli və "itən pula" aydınlıq gətirilməlidir”.

Son xəbərlər

“Azərenerji” servis xidmətinə 140 min manat yönəldəcək - TENDER

Ölkədə təhlükəli tullantılardən əldə edilən gəlirlər AÇIQLANDI

Dünya Bankı Azərbaycana kredit ayırmağa hazırdır

Bunu etməyən sahibkarlar cərimələnəcək - Rəsmi

Keçmiş bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib

Əli Əsədovdan QHT-lərlə bağlı qərar

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır - RƏSMİ

Mərkəzi Bankdan rəqəmsal valyuta ilə bağlı AÇIQLAMA

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT

Taxıl biçinində kombaynlara GPS-lə nəzarət olunacaq - “Aqroservis”

DVX 2,5 milyon manatlıq 2 tenderə yekun vurdu – QALİBLƏR AÇIQLANDI

Azərbaycanda qızıl cüzi bahalaşıb

Mayın 17-dən sonra açılacaq məktəblər yenidən qapanmaya gedə bilər - EKSPERT

Ləğv olunmuş bankların əmanətçilərinə ödənilən kompensasiya AÇIQLANDI

“Aqroservis” 234 min manatlıq tenderin qalibini AÇIQLADI

İnternet provayderlərinin xidmət keyfiyyəti necədir? - SORĞU

Ən sərfəli istehlak (nağd) kredit təklif edən banklar – SİYAHI

“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib - RƏQƏMLƏR

Tədris ili uzadıla bilərmi? - AÇIQLAMA

Gürcüstan əlavə 500 min doza “Sinopharm” vaksini alacaq

Bütün xəbərlər