BAKU Azərbaycan
12 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bilindiyi kimi, aylıq minimum əmək haqları hər bir dövlətin sosial siyasətində və vətəndaşların iqtisadi həyatında aparıcı rola malik ünsürdür. 

Valyuta.Az xəbər verir ki, bir müddət öncə Avropa Mərkəzi Bankı tərəfindən təqdim edilən hesabatda, region ölkələri üçün 2020-ci il üzrə aylıq minimum əmək haqqı miqdarı açıqlanmışdı. Bu siyahıda Azərbaycan sonuncu sırada qərarlaşaraq, Avropa regionu üzrə ən aşağı göstəriciyə sahib olmuşdu. Xarici mütəxəssislər bunun yeridilən sosial siyasətin lazımi səviyyədə inkişaf etmədiyi ilə əlaqəli olduğunu vurğulamışdılar. 

Bəs aşağı göstəricilər özünü MDB məkanındakı ölkələr arasında da biruzə verirmi? 

Ötən ilin statistikaları göstərir ki, MDB məkanında Azərbaycanın tutduğu yer indiki dövr üçün ürək açan olsa da, gələcək dövr məzənnənin necə olacağı bilinmir. Bundan başqa, 2019-cu illə müqayisədə 2020-ci ildə minimum əmək haqqı miqdarında artım üzv dövlətlərdən yalnız bir neçəsində müşahidə edilib. 

Belə ki, Ukraynada 27%, Moldovada 7.5%, Belarusda 6.7%, Özbəkistanda 7%, Rusiyada isə 5.5% artıb. Müqayisə olunna illər arasında Azərbaycan və Ermənistanda minimum əmək haqqı miqdarı stabil qalıb. Yeganə olaraq, Qazaxıstanda isə minimum əmək haqlarının miqdarı 1.1% aşağı düşüb. 

Statistikalar sübut edir ki, MDB ölklərinin apardığı sosial siyasətin əsasları gələcək üçün çox güclü gözləntilər vəd etmir. Təkcə bir faktı qeyd etmək kifayət edir ki, bu fərq ortaya çıxsın. Belə ki, Avropa ölkələri arasında ən aşağı minimum əmək haqqına sahib olan Bolqarıstanda belə bu göstərici 390 ABŞ dolları olduğu halda, MDB ölkələri üzrə ən yüksək minimum əmək haqqı olan Ukraynada 171 dollardır.

MDB ölkələri üçün ötən il üzrə minimum əmək haqqıların dollarla olan miqdarı əks olunmuş siyahını Sizə təqdim edirik: 

MDB ölkələri

Minimum əmək haqqı miqdarı

Azərbaycan

140 $

Ukrayna

171 $

Rusiya

146 $

Belarus

134 $

Gürcüstan

130 $

Ermənistan

101 $

Qazaxıstan

88 $

Özbəkistan

57 $

Tacikistan

54 $

Qırğızıstan

45 $

Kamran Xəlil

Son xəbərlər

Bakı zooparkı nə vaxt açılacaq?

Azərbaycanda geniş pul kütləsi bu il rekorda çatacaq - BVF

Yaxın iki ildə daha 6 827 ailə mənzillə təmin ediləcək - MİDA

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Türkiyə və Liviya arasında neft-qaz anlaşması

İki sabiq icra başçısının həbs müddəti uzadıldı

Daha 7 sahibkara Rusiyaya pomidor ixracına icazə verildi

Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi - "Relax"ın sonu? (FOTO)

"Qeyri-neft ixracı 16% artıb" - Mikayıl Cabbarov

Rusiyanın elektrik enerjisindən imtina...

Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək reytinqə layiq görüldü

Arif Qaraşov Eldar Mahmudovun qızını məhkəməyə verdi - Mülk davası

Nazir özünə daha bir müşavir təyin etdi

Azərbaycan martda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib

"A-Qrup Sığorta"nın sədri dəyişdi - FOTO

Sahil Babayevin

Sahil Babayevin "sevimlisi" növbəti tenderi uddu - “Nur-SS”lə bağlı müəmma

Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. - AÇIQLAMA

Üç bölgədən quş ətinin gətirilməsinə qadağa qoyuldu

Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM

Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM

DİN-dən açıq havada maska kampaniyasına CAVAB

Bütün xəbərlər