BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
10196

“Çin və İran arasında bağlanan əməkdaşlıq müqaviləsi gizlıdir. Ona hazırlıq mərhələsi də gizli aparılıb. Müqavilənin draft versiyasını ABŞ-ın müəyyən dairələri və media strukturları əldə edib”.

Bunu iqtisadçı Elman Sadıqov Valyuta.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, sözügedən müqavilənin açıqlanan hissəsi 2 böyük çərçivədən ibarətdir: 

“Birincisi, İranın böyük diskontla Çinə neft satması ilə bağlıdır. Bu böyük diskontun nədən ibarət olduğu hələlik texniki olaraq açıqlanmır”. 

E.Sadıqov hesab edir ki, bu, ən azı 10 dollar və daha çox ola bilər: 

“Yəni, dünya bazarında brent neftinin qiyməti neçəyədirsə, ondan tutaq ki, 10 dollar çıxılacaq. İran öz neftini həmin qiymətə Çinə satacaq. Açıqlanan ikinci hissəyə əsasən, Çin növbəti 25 il ərzində İran iqtisadiyyatına 400 milyard dollar həcmində investisiya qoyacaq. Amma hansı sahələrə yatırımlar olunması açıqlanmır. Draft versiyasında qeyd olunub ki, bu, bütün sahələri əhatə edəcək. Buraya maliyyə, infrastruktur, hərbi, təhsil sahələri də daxildir. Hərbi sahədə müxtəlif əməkdaşlıqlar, o cümlədən, birgə araşdırmalar da nəzərdə tutulur. Yəni, kifayət qədər geniş müqavilədir”. 

İki avtoritar rejimdə müqavilənin detallarının hansı formada tənzimlənəcəyi böyük maraq doğurur. Bunun çox önəmli məsələ olduğunu deyən E.Sadıqov müqavilənin reallaşdırılması ilə bağlı hətta İranın özündə belə fikir ayrılıqlarının olduğunu vurğulayıb: 

“İranda bu müqavilə riskli hesab olunur. Narahatlıq doğuran məqamlar var. Müqavilənin tərəfdarı olan kəsim isə daha çox İranın dini lideri Ayətullah Xamneyi və onun tərəfdarı olan mühafizəkarlardır. Bunlar Çini “İranın çətin gündə dostu” adlandırırlar. Qeyd edirlər ki, bu müqavilə İran iqtisadiyyatı üçün əhəmiyyətlidir. Digər kəsim, xüsusilə analitiklər və siyasətçilər isə bu müqavilədən narahatlığını bildirin. Çinin genişlənməsi, İranın Çinin nüfuz dairəsi altına düşərək təsirindən  qopa bilməyəcəyi ilə bağlı narahatlıqlar var”. 

E.Sadıqov ərəb ölkələrinin birmənalı şəkildə bu müqaviləyə narazılıqla yanaşdıqlarını qeyd edib. Hələlik rəsmi etirazlar olmasa da, artıq ərəb mediasının Çinə qarşı öz antipatiyasını və narazılığını bildirmək olduğunu deyib: 

“Eyni zamanda bütün dünya İsrailin bu məsələyə mövqeyini gözləyir. Çinlə İran arasında bağlanan müqavilə təsadüfi sənəd deyil. Bilirik ki, Çində Böyük Britaniyanın böyük nüfuzi var. Britaniyada olan qüvvələrin İsraillə əlaqələri ən yüksək səviyyədədir. Digər tərəfdən, İsraillə İran arasındakı münasibətlər hamıya bəllidir. Bu səbəbdən  hazırda əsas məqamlardan biri İsrailin bu müqaviləyə olan münasibətidir”. 

Qonşu Türkiyə açıqlama verməsə də, bu müqavilədən razı deyil. Digər qonşumuz Rusiya isə Çin-İran müqaviləsindən şok olub. Ona bu barədə ümumiyyətlə məlumat verilmədiyini deyən E.Sadıqov, Rusiyanın tam olaraq həmin müqavilədən xəbərsiz qaldığını, buna görə açıq-aydın narahatlığını bildridiyini söyləyib: 

“Çin və İranı özünə strateji müttəfiq hesab edən Rusiya birdən-birə gözlənilməz vəziyyətə düşüb. Artıq Rusiyada müəyyən dairələrdə bu narazılıqlar özünü göstərir. Çinin iqtisadi inkişafı 2 amillə bağlıdır. Birincisi, Çinin ərazilərinin genişlənməsidir ki, hazırda bu mümkün deyil. Rusiya güclü dövlətdir və nüvə silahı var. İkincisi, nüfuz dairəsini genişləndirməkdir. Çin hazırda ikinci yolda addım atır, bu istiqamətdə iri addımlar atır. Bu Rusiyanı narahat etməyə bilməz”. 


Əgər bu müqavilə həyata keçməyə başlasa, ABŞ-ın İrana qarşı sanksiyaları da təbii ki, pozulacaq. O halda Amerikanın Çin şirkətlərinə və dövlətinə qarşı hansı addımlar atacağı sual altındadır. E.Sadıqov vurğulayıb ki,  Çin-İran müqaviləsi şahmat taxtasında hər kəsi təəccübləndirən bir gediş olub: 

“Ona görə dövlətlər də öz mövqelərini bildirməzdən öncə, bir müddət gözləyəcəklər. Hələlik müqavilənin təfsilatı tam olaraq  ortaya çıxmayıb, həyata keçməsi yolları bəlli deyil. Baxmayaraq ki, İranda bu 25 illik yol xəritəsi adlandırılır. Ancaq onun hansı istiqamətlərdə olacağı, hansı illərdə nə  qədər investisiya cəlb olunacağı, yatırımların mexanizmlərinin necə olacağı bəlli deyil. Bu qeyri-müəyyənlik  çərçivəsində dövlətlər açıqlama verməkdə o qədər də tələsmirlər. Hər bir halda, narahatlıq doğuran müqavilədir. Çünki Çin Avropa və Amerika deyil, onun genişlənməsi qarşılıqlı mənafedən daha çox hegemonluq və dominanlığını bildirmək hesabına olur. Dövlətləri müəyyən borc yükü altına salaraq nüfuz dairəsinə salmaq istəyi var”. 

E.Sadıqov Çinin Yaxın Şərqə bu şəkildə iddialı və qəfil girişinin ciddi narahatlıq doğurduğunu deyib. Azərbaycan üçün də ciddi bir siqnal olduğunu qeyd edib: 

“Çünki neftin böyük diskontla alınması neft bazarında qiymətlərə təsir edəcək. İkincisi, bununla dünya bazarına əlavə neft təklifi çıxa bilər. İranın gündəlik 5-6 milyon barrelədək neft istehsal etmək potensialı var. Hazırda bu 300 min barrellə məhdudlaşdırılıb. Amma İranın gündə 1-2 milyon barrel belə əlavə neft istehsal edib bazara çıxarması artıq neft bazarında tələb-təklifin pozulması deməkdir. Nəticədə bu, həm ərəb ölkələrini, həm ABŞ-ı, Rusiyanı və digər dövlətləri ciddi narahat edir. Əgər bu müqavilə gerçəkləşərsə, neftin qiymətləri ciddi narahatlıq doğuracaq. OPEC+ ölkələri hələ hasilatı artırmırlar. Venesuella nefti də orada gözləyir. Liviya nefti də var. Bunun da bazara çıxması neft bazarında qiymətlərin ciddi enişinə səbəb ola bilər”. 

Onun sözlərinə görə, hər bir halda bütün dünya dövlətləri hazırda bu müqavilə və onun nəticələri, böyük dövlətlərin ona münasibətlərini gözləyir. 

Zeynəb Vəkil

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 40% artıb

İşçilərin sosial mediada ən çox etdiyi səhvlər

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı, şəhərin Baş planı ilə tanış oldu

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Macarıstan Azərbaycandan daha çox təbii qaz almağı planlaşdırır

Magistr olmaq istəyənlərin nəzərinə!

Azərbaycanlı təsisçinin startapı beynəlxlaq mükafat qazanıb

Bakının məşhur məktəbi təmirə bağlanır - Şagirdlər bu təhsil ocaqlarına köçürülür

Neçə nəfərə sosial müavinət və təqaüd təyin olunub?

Vətəndaşlar Laçına şəxsi avtomobillə gedə biləcək

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Üç ayda bu məhsulun satışından 50 milyon dollardan çox gəlir əldə etmişik - Qiymətlər

Bu rayonlarda qaz olmayacaq

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Velosiped və skuterlər üçün zolaq çəkilərkən avtobus dayanacağı niyə nəzərə alınmayıb? - VİDEO

Avro və rubl bahalaşdı - Məzənnə

Şuşada 450 mənzilli kompleks tikilir (VİDEO)

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

“Azeri Light”ın qiyməti 90 dollara çatır

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin