05.03.2021 / 11:24
Nazirlikdən fermerlər üçün yeni üstünlüklər
8538
Kənd Təsərrüfatı Nazirliyi yeni “Vahid sahədə vahid əkin” layihəsi barədə məlumat yayıb.
KTN-nn İctimaiyyətlə Əlaqələr Şöbəsindən Valyuta.az-a verilən məlumata görə, bu layihə eyni massivdə yerləşən pay torpaqlarında vahid bitkinin becərilməsinə dair fermer əməkdaşlığı formasıdır.
Əvvəllər yanaşı pay torpaqlarında eyni vaxtda fərqli bitkilər əkmiş fermerlər indi eyni bitkini becərməyə üstünlük verməklə əkin xərclərini azaldacaq, suvarma və torpaq itkisi ilə bağlı çətinlikləri həll edəcək, aqrotexniki qulluğu asanlaşdıracaq, şum, səpin və məhsul yğımı zamanı texnikası ilə təminatda çətinliklə üzləşməyəcək, növbəli əkin aparmaqla torpağı sağlamlaşdıracaq və ildə iki dəfə məhsul götürəcəklər. Nəticədə fermer daha çox qazanacaq!
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay