BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
8165

Azərbaycan meyvə-tərəvəzini ixrac etmək üçün yeni bazarları araşdırmağa  başlayıb.

Valyuta.Az xəbər verir ki, bu barədə bizim.media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib. 
Bildirilib ki, Körfəz ölkələri və Avropa bazarlarının araşdırılması ilə bağlı işlərə artıq start verilib. 

Müvafiq qurumun bu araşdırması yerli sahibkarların da ürəyincədir. Sahibkar Bəşir Quliyev bildirir ki, Avropa və ərəb ölkələrinə çıxmaq  iş adamları  üçün əlverişli olar: 

“Risksiz və dayanıqlı bazar üçün  Avropa  ölkələri ən yaxşı seçimdir. Əgər heç bir saziş, üzvülük olmasa bizə ən yaxın bazarlara üstünlük verməliyik. Elə ölkələr olmalıdır ki, məhsul ora gedib çıxana kimi xarab olmasın”. 

İqtisadçı ekspert Natiq  Cəfərli də təsdiqləyir ki, ən cəlbedici bazar Avropa bazarıdır. Çünki, burada  500 milyon əhali yaşayır, 27 ölkəni əhatə edir:

“Sadəcə bu bazara çıxış üçün müəyyən çətinliklər mövcuddur. Bu çətinliklər həm Azərbaycan, həm də Avropa bazarından qaynaqlanan problemlərdir. Azərbaycanın çətinliyi Ümumdünya Ticarət Təşkilatına üzv olmamasındadır”.

Ekspert deyir ki, Azərbaycan Avropa Birliyi ilə saziş bağlamaq üçün uzun zamandır ki, danışıqlar aparır:

“Bu sazişin bağlanması ilə Azərbaycan məhsullarının Avropa bazarına çığarılması xeyli asanlaşacaq. Bu da uzanır. Ümid edirəm ki, bu müqavilə bu il bağlanar. Xarici İşlər Nazirliyi də bu istiqamətdə müsbət açıqlamalar verib”.
 
Müsahibimiz vurğulayır ki, bizdən qaynaqlanan digər məsələ ondan ibarətdir ki, biz Rusiya bazarının standartlarına  öyrəşib, vərdiş etmişik: 

“Avropa bazarında qablaşdırma və keyfiyyətin  ayrı-ayrı standartları var. Bizim fermerlər belə tələbləri bilmir, bacarmırlar. Bu yöndə dövlət tərəfindən də iş adamlarına kömək lazımdır”. 

Kənd təsərrüfatı mütəxəssisi Zülfü Məmmədov söyləyir ki, potensial bazar kimi Azərbaycan meyvə - tərəvəzini  Körfəz və Avropa ölkələrindən başqa, Xəzərin o tayına da ixrac edə bilər. Məsələn bura Qazaxıstan, Tacikistan, Qırğızıstan və  Baltikyanı ölkələr daxildir:  

“Prespektivdə Almaniya,İsveçrə, Skandanaviya ölkələri də yer alır. Hətta Afrikayada meyvə-tərəvəz ixrac edə bilərik. Narımızın ən böyük alıcısı isə  Amerika Birləşmiş Ştatlarıdır”- deyə bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı məsələsinə yenidən baxması ilə bağlı tapşırıqlar verib.

İxrac, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı məhsullarının çeşidinin artırılmalı olduğunu da vurğulayıb.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin