Pomidorun Azərbaycan iqtisadiyyatındakı yeri – RƏQƏMLƏR
Bildiyimiz kimi, son zamanlar Rusiya Azərbaycandan bu ölkəyə ixrac olunan pomidora tez-tez qadağalar qoyur. Hətta ötən ilin sonunda qadağaların sayı həddindən çox olduğu üçün ölkə prezidenti İlham Əliyev də məsləyə münasinbət bildirdi. Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Azərbaycandan pomidor idxalına qoyduğu qadağanın gözlənilməz olduğunu bildirib.
Açıqlanan rəsmi məlumatlara görə, ötən il Azərbaycanın qızıldan sonra ən çox ixrac etdiyi qeyri-neft məhsulu pomidor olub. 2019-cu ildə isə pomidor qızıldan da çox ixrac olunaraq 1-ci sırada yer alıb.
Yola saldığımız 2020-ci ildə Azərbaycan 201 milyon 353,5 min dollar dəyərində 187 min 539 ton pomidor ixrac edib. Rəqəmlərdən də göründüyü kimi, 2020-ci ildə ixrac olunan 1 kiloqram pomidorun gömrük dəyəri 1,07 dollar (1,8 manat) olub.
Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığımız hesablama göstərir ki, son bir ildə Azərbaycanda pomidor istehsalı 15,5% və ya 88 min ton artıb. Azərbaycanda ən çox pomidor Şəmkir rayonunda istehsal olunur. İl ərzində Şəmkirdə 141 min 673 ton pomidor istehsal olunub. Şəmkirdən sonra ən çox pomidor Abşeronda istehsal olunub – 80,8 min ton.
Onu da bildirək ki, Azərbaycanın pomidora olan tələbatı tamamilə daxili istehsal hesabına təmin olunur. Son illər xarici ölkələrdə Azərbaycana il ərzində cəmi 3-4 ton pomidor idxal olunub.
Məlumat üçün qeyd edək ki, hər il dünyada təxminən 170 milyon ton pomidor istehsal olunur. Çin, Hindistan, və ABŞ dünyada ən çox pomidor istehsal edən ölkələrdir. Dünyada istehsal olunan pomidorun təxminən yarısı bu ölkələrin payına düşür. Qardaş Türkiyə isə il ərzində 12-13 milyon ton pomidor istehsal edərək dünyada 4-cü sırada qərarlaşıb. //Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay