BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7803
  • RUB
    1.6785
  • TRY
    0.0492
  • GBP
    2.139
58399

Azərbaycanda qarabaşağa olan tələbatı daxili imkanlar hesabına ödəmək üçün Azərbaycana 5-6 min hektar torpaq yetərlidir.

Valyuta.az xəbər verir ki, bunu "Report"a müsahibəsində xarici ölkələrdə innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətləri göstərən beynəlxalq ekspert, İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov bildirib.

“Azərbaycan bu kənd təsərrüfatı məhsulunu əsasən Rusiyadan alır. 2023-cü ildə bu ölkədən 13 min 629 ton qarabaşaq idxal edib ki, bu da ümumi qarabaşaq idxalının 99,7 %-ni təşkil edir. Ötən on ildə qarabaşaq idxalı dörd dəfədən çox artıb və ölkə bu müddətdə idxal üçün 30,8 milyon ABŞ dolları və ya 52,4 milyon manat xərcləyib.

Hesablamalara görə, qarabaşaq tələbatını daxili istehsal hesabına tam təmin etmək üçün təxminən 5-6 min hektar torpaq sahəsi kifayət edərdi. Azərbaycanda kənd təsərrüfatına yararlı 4,8 milyon hektar torpaq sahəsinin olduğunu nəzərə alsaq, bu məqsədə çatmaq əlçatan görünür", - ekspert bildirib.

X. Məmmədov hesab edir ki, ölkədə aqronomiya sahəsində kifayət qədər təcrübəli mütəxəssislərin olması və qarabaşağın yetişdirilməsi üzrə bilik bazası da bu istiqamətdə yerli istehsalın inkişafını mümkün edir.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycan, təxminən 13 adda qida məhsulunun tələbatını yerli istehsal hesabına ödəyə bilər: “Bunun üçün həmin məhsulların idxalına sərf olunan vəsaitin təxminən 35-40 %-i kifayət edər. Bu addımlar bir tərəfdən ölkədə yüz milyonlarla ABŞ dollarının qalmasını, digər tərəfdən isə ölkəyə davamlı valyuta axınını təmin edər. Daxili tələbat tam qarşılandıqdan sonra artıqlığın ixracı da mümkün olar ki, bu da iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bankları "Qazprombank" kartlarına xidmət göstərməyi dayandırdı

COP29 zolaqları bu tarixdən qüvvədən düşəcək

Agentlik biri 50 manata 2 min 700 ədəd ayaqqabı alır

Bu il Azərbaycan buğda idxalına çəkdiyi xərci azaldıb

HSBC Rusiya və Belarusdan ödənişləri dayandırdı

COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb

Deputat: "Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir"

Ehtiram Quliyevi Firəngiz Balakişiyeva əvəz edib - Məşhur şirkətdə dəyişiklik

Azərbaycanda meyvə və tərəvəzlərin QİYMƏTLƏRİ

Azərbaycanda 4,5 bal gücündə zəlzələ oldu

Bəzi yerlərdə duman olacaq, arabir yağış yağacaq

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənib

Banka məxsus avtomobillər satışa çıxarılır - Qiymətlər 1 000 manatdan 33 000 manatadək

Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 faizdən çox artıb

Bu ilin on ayında 31 mindən çox şəxsə pensiya təyin edilib

İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil? - ƏLAVƏ DETALLAR

Elon Maskın hər kəsin oxumalı olduğunu düşündüyü 9 kitab - KİTABÇI

Elon Maskın hər kəsin oxumalı olduğunu düşündüyü 9 kitab - KİTABÇI

"Bitcoin"dən 305 milyon dollar qazandı!

"Bitcoin"dən 305 milyon dollar qazandı!

Ət, süd və yumurta istehsalı artıb - Yeni rəqəmlər

PSJ-nin Mbappeyə 55 milyon ödəməklə bağlı etirazı RƏDD EDİLDİ

Neftimiz 1 dollara yaxın bahalaşdı

Polkovnik vəfat etdi (FOTO)

Şengen vizası almaq üçün səfirliklərdə görüşün açıq bazarı - 300-400 manat

Yarı ev, yarı ofisdən işləmək - Müsbət və mənfi tərəfləri var

Günün valyuta məzənnəsi - Rubl bu gün neçəyə satılır?

Türkiyədə 70 kiloqram qızılla tutulan diplomat Bakıya gətirildi: İstintaqa cəlb olunacaq

İşçi və müdir arasında əlaqə necə olmalıdır? -SƏHƏR OXUSU

İşçi və müdir arasında əlaqə necə olmalıdır? -SƏHƏR OXUSU

Şirvanda məcburi köçkün qəsəbəsi ilə bağlı 1,4 milyonluq "kombi layihəsi"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin