"Azərbaycanda kənd təsərrüfatının inkişaf strategiyası" proqramı hazırlanıb
Kənd Təsərrüfatı Nazirliyi "Azərbaycanda kənd təsərrüfatının inkişaf strategiyası" adlı proqram hazırlayıb.
Bunu nazirliyin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bildirib.
Onun sözlərinə görə, stategiyada bir sıra hədəflər müəyyən edilib: "O cümlədən, su və torpaq məsələsində yeni yanaşmaların tətbiqi əsas götürüləcək”.
Şöbə müdiri bildirib ki, yeni yanaşma müasir sistemə sürətli keçid deməkdir: “Əslində yeni yanaşmaları tətbiq etməyə başlamışıq. Belə ki, Aqrar Subsidiya Şurasının 2025-ci il üzər qərarında idarəolunan suvarma sisteminə dəstək gücləndirilib. Gələn il mayın 31-nə qədər salınacaq, hər hektarına minimum 1 500 tingin əkildiyi tarlaqoruyucu zolaq bitkilərinin hər hektarına görə 1000 manat əkin subsidiyası veriləcək. Yəni, resurs qoruyucu yanaşmaları tətbiq etməyə başlamışıq”.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay