BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
55916

Azərbaycanda il ərzində suvarılan torpaqlar 1,02 milyon hektar, suvarılabilən ərazilər isə 1,54 milyon hektardır. Suvarma səmərəliliyinin ən yüksək göstəriciləri Mil-Muğan, Naxçıvan və Şirvan-Salyan iqtisadi rayonlarında qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə qəbul edilmiş suyun ümumi həcmi orta hesabla 7 milyard 30 milyon m3 təşkil edib ki, bu da potensial olaraq ölkə səviyyəsində təxminən 67 % ümumi su itkisini göstərir. Su istehlakı baxımından Azərbaycanda suvarılan əkinlər hər il 1 560-2 630 milyon kubmetr suvarma suyu istehlak edir ki, bu da ölkə üzrə orta hesabla 2 330 milyon kubmetr təşkil edir.

Ekspertlər çıxışlar edərək bildirirlər ki, Azərbaycanda suvarılma zamanı su itkisinə yol verilir. Bu iki fərqli statistikanın olmasının səbəbi nədir? Əgər 34 faiz əkin sahəsi suvarılmırsa, bu qədər su itkisi hardan yaranır?

Valyuta.az mövzunu iqtisadçı Akif Nəsirli ilə müzakirə edib. 

Akif Nəsirli qeyd edib ki, hər iki statistika şişirdilmiş statistikadır:

"Azərbaycanda hazırda kənd təsərrüfatına yararlı 2.5 milyon hektar torpaq var. Bu torpağın da təxminən 450 min hektarına qədəri normal suvarılır. Qalan hissə isə ya suvarılmır, ya da normal suvarma getmir. Suvarmanın belə getməsinin də əsas səbəbi su çatışmazlığıdır". 

Ekspert bildirib ki, su çatışmazlığının da əsas səbəbi ölkədə suyun düzgün idarə edilməməsidir:

"Məsələn, bununla məşğul olan qurum mənbədən götürüb kollektorlara vurmaqla işini bitmiş hesab edir. Kəndlərdə, yaşayış məntəqələrində, ərazilərdə isə su assosiasiyaları yaradılıb. Həmin assosiasiyaların rəhbər və işçiləri yalnız sahəyə gələn suyu fermerlər arasında bölüşdürməklə məşğul olur. Amma ümumi gələn suyu təsərrüfatlar, yaşayış məntəqələri arasında bölən bir qurum yoxdur. Bunu nə Su Ehtiyatları Agentliyi, nə də Ekologiya və Təbii Sərvələr Nazirliyi edir. Hazırda Azərbaycanda suvarma suyunu idarə edən bir qrum mövcud deyil".

Həmsöhbətimiz bu problemin həlli üçün çıxış yolları da göstərib:

"İlk olaraq su idarə olunmalıdır. Suvarma kanallarının əksəriyyəti torpaq kanallardır, betonlaşdırılmayıb. Betonlaşdırılanların isə əksəriyətinin beton hissəsi artıq sıradan çıxıb və həmin kanallarla ötürülən suyun bir hissəsi ətrafa süzülür, bu zaman həm su itkisi olur, həm də həmin kanalların ətraf hissəsi şoranlaşır, torpaqlar deqradasiyaya uğruyur. Qalan suyun bir hissəsi də buxarlanır. Bu problemin aradan qaldırılması üçün təklif etmişik ki, suvarma suyunun da kəmərlərlə ötürülməsi Azərbaycanda təşkil edilsin. Bu mümkündür. Ölkənin hazırda bununla bağlı maliyyə potensialı var. Azərbaycanın əldə etdiyi gəlirin bir hissəsini suvarma sistemlərinin yenidən qurulmasına yönəldə bilər. Məsələn, Qazaxıstanda xeyli ərazidə suvarma sistemləri kəmərlər vasitəsi ilə qurulub. Bizdə də bu təcrübədən istifadə olunmaqla həm suyun torpağa süzülməsinin qarşısı, həm də buxarlanmanın qarşısı alınar. Bununla da su itkisi məfumu aradan qaldırılar. Su çatışamazlığı ilə bağlı problemlərin aradan qaldırılmasında digər istiqamət müasir suvarma metodlarından istifadə edilməsidir. Məsələn, yağış damcı üsulu ilə suvarmadan istifadə. Hökumət buna dəstək verir, subsidiyalar verir. Doğrudur, subsidiyalar daha geniş torpaq sahəsi olan fermerlərə verilir, lakin bu genişlənməlidir".

Akif Nəsirli qeyd edib ki, hazırda Azərbaycanda təxminən 40000 hektara yaxın ərazi müasir suvarma metodları ilə suvarılır:

"Bu da ümumi suvarılan sahənin 10 faizə qədərini təşkil edir ki, çox aşağı göstəricidir. Müasir suvarmanın isə bir çox üstünlükləri var. Belə ki, torpaqlar selləmə suvarma metodundakı kimi ildən-ilə şoranlaşmır. Bundan başqa suya 8-10 dəfə qənaət edilmiş olur. Bu üsul ilə Azərbaycanın suavrılan torpaqlarının yarısı təmin edilsə, digər hissəsinin su problemi olmaz. Bu ikitərəfli olaraq çox əlverişli metoddur". 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Nazirlikdə yeni idarə rəisi təyin edildi

24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb olunub

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Lizinq şirkəti "Azərbaycan Sənaye Sığorta"nı məhkəməyə verdi

Manatın dövretmə sürəti azaldı - RƏSMİ

Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi artıb

“Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

"MİDA"nın 1,5 milyonluq tenderi ləğv edildi

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin