Aqrar
17.09.2024 / 15:18
Narı ilə məşhur Göyçayda acınacaqlı vəziyyət: Fermerlər çarəni necə tapırlar?
55744
Göyçayın nar bağlarında məhsul tələf olur. Bu vəziyyət narı ilə şöhrət qazanan Bığır kəndində özünü daha çox büruzə verir.
Fermerlərin sözlərinə görə, qeyri-sabit hava şəraiti məhsuldarlığa mənfi təsir edib.
"Ağaclara aqrotexniki qaydada bütün lazımi qulluqları göstərsək də, hava şəraiti məhsulumuzu məhv etdi. Bu bizə bir daha sübut etdi ki, sığorta etdirmək lazımdır", - deyə fermer Yaşar Hacıyev bildirib.
"Keçən il üç min manat maya qoyub, 18 min manat qazanc götürmüşdüm. Bu il isə iki min manat maya qoysam da, elə həmin məbləği qazana bilmişəm", - başqa bir təsərrüfat sahibi deyib.
Daha ətraflı Baku TV-nin materialında:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay