6 növ tingi istehsal edənlərə və satanlara subsidiya veriləcək
Azərbaycanda ilk dəfə limon, kinkan, naringi, portağal, qoz və şabalıd tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcək.
Valyuta.az xəbər verir ki, bu Aqrar Subsidiya Şurası 2025-ci il üçün subsidiya əmsallarında qeyd edilib.
Belə ki, limon və kinkan bağlarının hektarına 11 min 600 manat, naringin və portağal bağları üçün hektara 9 min 600 manat, qoz bağları üçün 3300 manat subsidiya veriləcək. 2025-ci il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadəsində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay