Azərbaycanın bəzi rayonlarında toxum sərgi-satış yarmarkaları keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən Azərbaycanın bəzi rayonlarında toxum sərgi-satış yarmarkaları keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə Goranboy, Tərtər, Ağsu, Zərdab, Beyləqan, Cəlilabad, Masallı, Neftçala, Qax, Balakən, Şabran rayonlarında da toxum sərgi-satış yarmarkalarının təşkili nəzərdə tutulur.
Mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Şəki və Oğuz rayonlarında keçirilib.
Yarmarkalar Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Toxumçular Assosasiyası və bir sıra özəl şirkətlərin birgə tərəfdaşlığı ilə təşkil edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay