BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
53074

Lançjou Universitetinin iqlim üçün optimallaşdırılmış kənd təsərrüfatı sahəsi (CSA) üzrə eksperti Adnan Arşad "Report"a açıqlamasında bildirib ki, qarşıdan gələn COP29-da fermerlərin iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması və onlara uyğunlaşma səylərində vacib rolu və fəal iştirakı qəbul edilməlidir.

Aqrar işlərin aparılması sahəsində iqlimə davamlı üsullar kiçik fermerlərin iqtisadi rifahını yaxşılaşdıra bilər. Eyni zamanda, fermerlərin özləri də iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılmasında mühüm rol oynayırlar. Onun fikrincə, bu cür texnologiyalar inkişaf etməkdə olan ölkələrdə kiçik fermer təsərrüfatlarına çox müsbət təsir göstərə bilər, onlardan biri də Azərbaycandır. Ekspert qeyd edib ki, fermerlər əhalinin iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox həssas olan təbəqəsidir.

Ekspertin sözlərinə görə, məhsuldarlığı artırmaq və gəlir mənbələrini şaxələndirməklə bu üsullar gəlir əldə edilməsi və yoxsulluğun azaldılması üçün imkanlar yaradır.

Ekspertin fikirlərini Valyuta.az-a şərh edən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu fikirləri səsləndirməklə Adnan Arşad antropogen fəaliyyətin ətraf mühitə təsirlərinin yumşaldılmasından danışıb: 

"Ətraf mühitə daha çox təsir edənlər isə ətraf mühit komponentləri ilə işləyənlər subyektlərdir. Bunların daha geniş kontangentləri isə kənd təsərrüfatı ilə məşğul olan fermerlərdir. Məsələn, bu gün fermerlər torpağı selləmə-suvarma vasitəsi ilə suvarırsa, torpağa daha çox azot verirsə, bəzi hallarda normadan daha çox suvarırsa, digər ərazilər suvarılmırsa, bu da müxtəlif vasitələrlə fermerlərin ətraf mühitə təsiri hesab edilir. Bu təsirlər bir çox hallarda eko sistemlərin ritmini pozur və ətraf mühitdə fəsadların yaranmasına səbəb olur. Bu qlobal problemlərə gətirib çıxarır". 

Akif Nəsirlinin sözlərinə görə, bu problemlərin aradan qaldırılması üçün isə Azərbaycan hökuməti bir çox işlər görə bilər:

"Məsələn, bu gün fermerlərin ən əsas əmək predmeti torpaq və su resurslarıdır. Azərbaycanda su axarlarına yaxın olan bir çox fermerlər bitkinin vetegasiya dövründə onu normadan çox və selləmə metodu ilə suvarır. Tez-tez suvarılan torpaq isə şoranlaşır. Bir tərəfdən torpaq şoranlaşır, digər tərəfdən suyun aşağı axarında isə fermerlər su qıtlığı yaşayır. O torpaqlar susuzluqdan deqradasiyaya uğrayır, yuxarıdakı torpaqlar isə tez-tez suvarıldığına görə şoranlaşaraq deqradasiyaya uğrayır. Bunun kimi digər aqrotexniki qaydalarla bağlı Azərbaycan hökuməti maarifləndirmə işləri aparmalıdır. Bilgiləndirmə olmalıdır ki, fermerlər əllərindəki resurslardan aqrotexniki qaydalara uyğun istifadə eləsinlər. Mən yalnız suyu misal gətirdim, ancaq suyun fəsadı o qədər böyükdür ki, Azərbaycanda hər il min hektarlarla ərazi şoranlaşaraq sıradan çıxır və bu da ətraf mühitə mənfi təsir edir. Bitki örtüyünü dəyişir, eko sistemlərin ritmini pozur və s. 

Səhv etmirəmsə, Kənd Təsrrüfatı Nazirliyinin 54 rayonda idarəsi var. Həmin idarələr bu gün demək olar ki, heç nə ilə məşğul olmur. Sanki onlar təkcə rayondakı havaya cavabdeh olurlar. Hansısa rayonda kənd təsərrüfatı ilə bağlı hadisə - kütləvi şəkildə heyvan tələfatı, kütləvi ziyanvericilərin hücumu və s. kimi hallara onlar heç bir cavabdehlik daşımırlar. Onların qarşısında nələrə cavabdehlikləri ilə bağlı məsələ qoyulmayıb, görəcəyi işlər konkretləşdirilməyib. 

Həmin idarələr rayonların fermerləri ilə mütəmadi əlaqə yaratmalıdır. Böyük torpaq sahələrinə malik olan fermerlərin əkin sahələrini, əllərindəki resursları nəzarətdə saxlamalıdırlar ki, bu resurslardan səhv, təcrübəsiz istifadə edib, həm özlərinə, həm də ətraf mühitə zərər vurmasınlar. Bu baxımdan irili-xırdalı bütün fermerlərə Azərbaycan hökuməti təsir etməli, onların qarşısında məsələ qaldırmalıdır. Nazirlik öz yerli idarələrinə bunu tapşırmalıdır. İdarələr də bu məsuliyyəti fermerlərin üzərinə qoymalıdır". 

Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda müasir suvarma sistemlərinin geniş yayılmasına çalışılmalıdır:

"Azərbaycanda hazırda suvarılan 400 000 hektar torpağın 10 faizə yaxını müasir suvarma sistemləri ilə suvarılır. Cəmi 38 000 hektar ərazidə müasir sistem quraşdırılıb. Qalan ərazilərdə isə selləmə-sulama üsulu ilə suvarma aparılır və bu torpaqlar da şoranlaşaraq dövriyyədən çıxır. Bunun qarşısını almaq lazımdır. Bundan başqa işlədilən zəhərli preparatların təlimata uyğun yaşayış məntəqələrindən nə qədər kənarda istifadə olunmasına diqqət yetirilməlidir. Elə dərmanlar var ki, yaşayış məntəqələrindən 8-10 kilometr kənarda istifadə edilməlidir ki, bu, əhaliyə zərər verməsin. Amma çox təəssüf ki, birbaşa yaşayış məntəqəsinin yanlarında bu dərmalardan istifadə olunur, bu da tarlalarda işləyən işçilərin, kənd əhalisinin zəhərlənməsinə gətirib çıxarır. Əgər bu dərmanlardan insanlar zəhərlənirsə, bütün atmosfer, ətraf mühit və eko sistem zərər çəkir. Bu zərərlərin aradan qaldırılması üçün Azərbaycan fermerinə çox geniş spektorlu maarifləndirmə işləri aparmaq lazımdır. Onlar bəzən etdiklərinin fərqində olmur. Azərbaycan fermeri kifayət qədər savadsızdır, ona görə də hər fermeri öz sahəsi üzrə maarifləndirmək hökumətin qarşısında duran əsas vəzifələrdən biridir”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Şəfəq-2006" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Ağdam Sənaye Parkında yeni zavodların açılışı oldu (YENİLƏNİB)

STAR müsahibə texnikası nədir və ondan necə istifadə olunur?

Ölkəmizdə rəqəmsal məhsullara keçid hansı vəziyyətdədir?

Gələn il pensiyalar nə qədər arta bilər?

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Bakıda məşhur ticarət mərkəzi satılır - 13 milyona

“Express Bank”ın kredit təşkilatlarına borcu 170 milyon manata çatıb

“Sıfır Tullantı” həmrəylik marafonu yekunlaşdı®

Sabah hava necə olacaq?

Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

Özəl tibb müəssisələrinə Xəbərdarlıq

Dövlət Suverenliyi Günü iş günü hesab ediləcək?

Ölkədən qanunsuz çıxarılan aktivlərin 2,3 milyardı Qazaxıstana qaytarıldı

Bakı Fond Birjası rebrendinq edib

Bank “Dollarımız bitib” deyir - Banklarda dollar bitirmi?

ABŞ Türkiyə banklarını sanksiyalarla hədələdi

Hər il Azərbaycana nə qədər nəqliyyat vasitəsi gətirilir? - İllər üzrə göstəricilər

Azərbaycan biznesində dayanıqlılıq standartlarının tətbiqi məcburi olacaq

Dünya ölkələrində minimum əməkhaqqı nə qədərdir? - ARAŞDIRMA

Dünya ölkələrində minimum əməkhaqqı nə qədərdir? - ARAŞDIRMA

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi (SƏRƏNCAM)

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Qiymət bahalaşdıqca, vəziyyət ağırlaşır - Taksi islahatları

Dollar alışında limit: Banklar nə etməyə çalışır?

Dollar alışında limit: Banklar nə etməyə çalışır?

Azərbaycanda təmizlik vasitələrinin qiyməti bahalaşdı (VİDEO)

Bakıda hansı mənzillərə tələbat artıb?

Bakının bəzi ərazilərində qaz olmayacaq

"Whatsapp"da daha bir Yenilik

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin