Torpaqların deqradasiyası artır - Necə dayandırmaq olar?
“Torpaqların deqradasiyası münbitliyinin, keyfiyyətinin aşağı düşməsi deməkdir. Azərbaycan torpaqlarının 80%-i deqradasiyaya uğrayıb”.
Bunu Valyuta.az-a ekoloq Xosrov Musayev deyib.
Xosrov Musayev deyir ki, torpaqların deqradasiyaya uğramasının səbəbləri çoxdur:
“Birincisi, torpaqlara vaxtı-vaxtında üzvü mineral gübrələrin verilməməsidir. Torpaqlar uzun müddət istismar olunur, lakin əvəzində ona heç nə vermirik. İkinci məsələ növbəli əkin sisteminin tətbiq olunmamasıdır. Bu da torpaqlarda münbitliyin azalması probleminə səbəb olur. Əsasən Kür-Araz ovalığında 130 min hektar torpaq son bir neçə 10 illikdə əkin dövriyyəsindən çıxarılıb. Bu ərazilər şoran, şorakətliyə çevrilib. 50 faiz torpaq erroziyaya uğrayıb. Bunun da səbəbi əkinçilik və aqrotexniki qaydalara əməl olunmamasıdır. Digər bir məsələ isə innovativ texnologiyalardan az istifadədir. Məsələn, damcı suvarma, pilot tipli suvarma üsulundan istifadə, sahələrin hamarlanması aparılmalıdır. Digər məsələ isə bu sahədə çalışacaq yüksək ixtisaslı mütəxəssislərin az olmasıdır. Torpaq kənd təsərrüfatında əsas istehsal vasitəsidir. Torpaq olmadan heç bir məhsul əldə edə bilmərik. Ona görə də sadaladığım bu səbəblərin hamısı torpaqların deqradasiyasına gətirib çıxarır”.
Ekspert deqradasiyanın qarşısının alınması yollarından da danışıb:
“Deqradasiyanın qarşısını almaq üçün isə melorativ tədbirlər görülməli, şoran və şorakətlik aradan qaldırılmalı, erroziyalara qarşı kompleks tədbirlər görülməli, hər bitkinin becərilmə aqrotexnika qaydalarına əməl edilməli, əkinçilik mədəniyyəti yüksəldilməli, növbəli əkin sistemi tətbiq olunmalı, vaxtı-vatında üzvü və mineral gübrələr verilməlidir. Bu qaydalara əməl edilsə, torpaqlardan götürülən məhsuldarlıq da artacaq”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay