Aqrar
04.07.2024 / 10:14
Aqrar sektorda fəaliyyət göstərənlərə 30 milyon manatdan çox güzəştli kredit verilib
51090
2024-cü ilin yanvar-may aylarında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən aqrar sektorda fəaliyyət göstərən 1645 fiziki və hüquqi şəxsə 31,8 milyon manat məbləğində güzəştli kredit verilib.
Valyuta.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunun 27,7 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 35 min manatı güzəştli kreditlər, 4,1 milyon manatı isə mikrokreditlər olub.
Bu dövr ərzində AKİA Tərəfindən 2324 baş iribuynuzlu damazlıq heyvan alışına 7,3 milyon manat, kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 38 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay