Nazirlik: Taxıl sahələrinin 17 %-də biçin başa çatıb
Azərbaycanda payızlıq taxıl əkini sahələrinin 16,9 %-də biçin başa çatıb.
Valyuta.az bu barədə Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargaha istinadən xəbər verir.
Məlumata görə, bu günə qədər 170 124 hekar sahədə biçin aparılıb, sahələrdən 26 324 ton buğda və 469 562 ton arpa yığılıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 28,9 sentner, buğda üzrə isə 34 sentner təşkil edir. Arpa sahələrinin 37,9 %-də, buğda sahələrinin isə 1,3 %-də biçin yekunlaşıb.
Ölkədə mövcud olan taxılyığan kombaynların 69 %-i hazırda taxıl biçinində iştirak edir. İyunun 13-də ölkə üzrə taxıl biçininə 1243 kombayn cəlb olunub. Bunlardan 509-u “Aqroservis” ASC-nin, 734-ü isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə bu mövsüm kütləvi biçin prosesində 1 803 kombaynın iştirak edəcəyi gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay