BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
49794

Qırğızıstan dövlət başçısının Azərbaycan Prezidentinə hədiyyə etdiyi yaklar Kəlbəcər yaylaqlarında təbiətə buraxılıb.

Qırğızıstan hökuməti Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış eksperimental yak təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə ölkəmizə 101 baş yak hədiyyə edib. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şəxsi hədiyyəsi olan yaklar artıq ölkəmizə gətirilərək işğaldan azad edilmiş Kəlbəcər ərazisində təbiətə buraxılıb.

Ölkəmizə gətirilən yakların seçim prosesində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər. Qırğızıstana ezam olunan nazirlik əməkdaşları yerli mütəxəssislərlə birlikdə Narın rayonundakı yak təsərrüfatlarında heyvan seçimi aparıblar. Seçilmiş yaklar əvvəl karantin rejimində saxlanıb, onlara müvafiq peyvəndlər vurulub. Daha sonra heyvanlar xüsusi nəqliyyat vasitələri ilə Bişkekə gətirilib, oradan təyyarə ilə Gəncə şəhərinə yola salınıb.

Azərbaycana yakların təyyarə ilə göndərilməsinə həsr olunmuş tədbirdə çıxış edən Qırğızıstanın Su Resursları, Kənd Təsərrüfatı və Emal Sənayesi nazirinin birinci müavini Kubat Kaseinov bildirib ki, Azərbaycana hədiyyə edilən yaklar bütün sanitar baytarlıq nəzarətindən keçib və heyvanların tam sağlam olduğunu təsdiqləyən müvafiq sənədlər Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın Təşkili və Monitorinqi şöbəsinin nümayəndələrinə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizə gətirmək üçün 82 dişi, 19 erkək yak seçiblər. Beş günlük karantin rejimi dövründə seçilmiş dişi yaklardan 15-i balalayıb. Doğulan buzovlardan 6-sı erkək, 9-u isə dişidir. 

Doğulan balalar da digər heyvanlarla birlikdə Azərbaycana göndərilib.

Təyyarə ilə Gəncə Beynəlxalq Hava Limanına gətirilən yaklar burada xüsusi maşınlarla Ağdərə yolu ilə Kəlbəcər yaylaqlarına aparılıb. Qazxan yaylağında təbiətə buraxılan yakların həm buradakı sürüyə, həm də yerli təbiətə uyğunlaşması prosesi davam edir.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlarda eksperimental yak təsərrüfatının yaradılmasına 2022-ci ildə başlanıb. Həmin il Azərbaycanda eksperimental yak təsərrüfatının yaradılması məqsədilə ölkəmizə dəvət olunan qırğız ekspertlərin iştirakı ilə monitorinqlər keçirilib və yer seçimi edilib. Mütəxəssislərin rəyi ilə işğaldan azad olunmuş Laçın və Kəlbəcər rayonunun yüksək dağlıq əraziləri yak təsərrüfatının yaradılması üçün uyğun sayılıb. 

Daha sonra Qırğızıstandan Azərbaycana gətiriləcək yaklar seçilib və onların təhlükəsiz daşınması üçün hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslər hazırlanıb və təhlükəsiz daşınması üçün xüsusi qəfəslərdə təyyarə vasitəsilə Azərbaycana gətirilib.

Soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış yaklar Laçın rayonunun yüksək dağlıq ərazilərinə aparılıb və burada heyvanların yerli iqlimə adaptasiyası başlayıb. Ötən il ərzində eksperimental yak təsərrüfatında artıq iki dəfə döllənmə qeydə alınıb, alınan balaların yerli şəraitə daha sürətlə uyğunlaşdığı müşahidə olunub.
Açıq ərazilərdə bəslənən yaklar mütəxəssis nəzarətində saxlanır. Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıq lövhələri quraşdırılıb. 

Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı monitorinqlər keçirir.

Dəniz səviyyəsindən 2500 metr hündürlükdə yaşayan yaklar başqa heyvanlar üçün əlçatmaz olan yem və su mənbələrindən qidalanır. Bu səbəbdən onların əti və südü ekoloji cəhətdən yüksək keyfiyyətli hesab olunur. Yak heyvan növünün əsas xüsusiyyəti özəl yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. 

Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır. Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 metr yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Nazirlikdə yeni idarə rəisi təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin