Nazirlik: “tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanılır
Sabahdan qanunvericiliyə uyğun olaraq ərzaq məhsullarını (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alan dövlət müəssisə və təşkilatlarının növbəti il üzrə tələbatlarının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında (tedaruk.az) “tedaruk.az” portalında yerləşdirilməsinə başlanılacaq.
Valyuta.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə məlumatları (məhsulun adı, növü, miqdarı, çatdırılma ünvanı, dövriliyi və tezliyi və s.) iyulun 1-dək portalda yerləşdirməlidirlər.
Elektron portal (tedaruk.az) dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay