Dünya Bankı: Azərbaycanda əkin sahələrinin suvarılma səviyyəsi çox aşağıdır
Azərbaycanda suvarma səmərəliliyi ölkə səviyyəsində 37 faiz təşkil edir. Bu isə çox aşağıdır.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Çevik Texniki Yardım Aləti AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantıda Dünya Bankının Su təchizatı üzrə baş mütəxəssisi Smita Misra deyib.
Suvarma səmərəliliyi regionlarda çox dəyişkəndir, əksər regionlarda 20-50 faiz arasında dəyişir.
O qeyd edib ki, Azərbaycan suvarma suyunun əhəmiyyətli çatışmazlığından əziyyət çəkir. 1,5 milyon hektar torpaq sahələrindən faktiki 1 milyon hektarı suvarılan torpaqlardır. Qarabağ, Muğan və Mərkəzi Aran rayonları əsas suvarılan ərazilərdir.
Həddindən artıq istifadə olunan suvarma suyunu azaltmaq üçün tədbirlər geniş miqyasda tətbiq olunarsa, ölkə miqyasında xalis suvarma suyu istehlakını 40 faizə qədər azaltmaq potensialı var.
“Suvarma intensivliyi olan əkinlərin əvəz edilməsi suya qənaət etməyə kömək edə bilər. Məsələn, taxıl bitkiləri ilə əvəz olunan hər hektar yem və ya pambıq sahəsi üçün əlavə bir hektar torpağı suvarmaq olar”- Smita Misra əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay