“Aqrar Tədarük və Təchizat”ın rəhbərliyi dəyişib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat”ın (ATT) İdarə Həyətinin sədri Aqil Quliyev vəzifəsindən azad edilib.
Valyuta.az Report-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Samir Murquzova həvalə edilib.
“Aqrar Tədarük və Təchizat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon manatdır. Şirkətin missiyası aqrar məhsulların istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında rol oynamaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay