"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert
"Anomal hava şəraitinin meyvə ağaclarına nə qədər təsir edəcəyi ilə bağlı fikir demək hələ çox tezdir. Düzdür, bəzi regionlarda dolu düşür, meyvə ağaclarına müəyyən qədər ziyan vurulur. Amma bu ziyanlar ötən illə müqayisədə çox azdır".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.
Ekspert bu hava şəraitinin digər sahələrə də təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, intensiv yağışların 10 gün yağması və havanın temperaturunun aşağı düşməsi birbaşa bitkilərin inkişaf prosesinə təsir edir:
"Bitkilərin inkişafı bundan sonrakı günlərdə havanın necə olmasından asılı olacaq. Əgər havalar isti keçərsə qısa müddətdə inkişaf normala qayıdacaq”.
Ekspert qeyd edib ki, hazırda məhsuldarlığın nə qədər olması ilə bağlı fikir demək tezdir:
"Son vaxtlar havaların anormal keçməsi tez-tez təkrar olunur. Ümumilikdə isə bütün dünya üzrə qlobal istiləşmənin kənd təsərrüfatı məhsullaının istehsalına müsbət təsirini müşahidə edirik. Məhsuldarlıq artır və bunun da səbəbi havaların isti keçməsidir. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalında artım var".
Vahid Məhərrəmov əlavə edib ki, yaxın zamanlarda havalar normal hala dönərsə, istiləşərsə, göbələk xəstəliyi yayılmazsa ciddi problemlər olmacayaq:
"Yağışlı havadan sonra göbələk xəstəliyi geniş yayılır. Belə havalar məhsuldarlığa təsir edəcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay