BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
47916

Hazırda bazarlarda çiyələyin qiyməti xeyli ucuzlaşıb. Fermerlər bunu Rusiya bazarında alıcılıq səviyyəsinin zəifləməsi ilə əlaqələndirirlər. Ekspertlər isə çıxış yolunu alternativ bazarlar tapmaqda görürlər.

Çiyələk bu il çox tez ucuzlaşıb. Mövsümün əvvəlindən üç manata satılan çiyələyin qiyməti iki həftə keçməmiş bir manata düşüb. Cəlilabadda çiyələyin qiyməti dörd dəfə ucuzlaşıb. Fermerlər deyirlər ki, hazırda toplanan məhsul çeşidinə görə xarici bazara bir manat, daxili bazar üçün isə 80 qəpiyə satılır. Lakin qazanc əldə etmək üçün çiyələyin hər kiloqramını azı iki manata satmalıdırlar. Bu ucuzlaşma fonunda məhsuldarlıq hansı səviyyədədir? Gələcəkdə çiyələyin qiymətində artım baş verə bilərmi?

“Satışımız çox zəifdir”

Fermer Rafət Abbasovun sözlərinə görə, bu il hava şəraiti daha mülayim olduğu üçün məhsul həddindən artıq boldur: “Son 2-3 ildir ki, məhsul cəhətdən heç bir problem yaşamırıq. Bu da istilərin daha tez düşməsi ilə bağlıdır. Ancaq bazar qiymətləri bizi qane etmir. Daxili bazarımıza məhsulu göndəririk, 70 qəpikdən alırlar. Bu, heç sahədə işləyən fəhlənin pulu deyil. İstər daxili, istərsə də xarici bazarda satışımız çox zəifdir. Əvvəl çiyələk az əkilirdi. Daxili bazarda satış normal idi. İndi isə kütləvi hal alıb. Havaların dəyişməsinin təsiri də yoxdur. Çünki çiyələk istixanada yetişdirilir, yağış tutmur. Açıq sahələrdə qaldıqda isə ziyan dəyir. Çiyələk tez xarab olan giləmeyvədir, tağında qaldıqda çürüyür. Yağışlı havalarda məhsulun 80 faizi atılır, satışa çıxarılmır”. 

Hər gün bir ton çiyələk toplanır

R.Abbasov qeyd etdi ki, məhsulu xarici bazara çıxarmaq üçün bol əkirlər, daxili bazarın bu qədər məhsula ehtiyacı yoxdur: “Bir də işçi çatışmazlığımız mövcuddur. Gömrük rüsumları aradan qalxıb. Sadəcə, xarici bazarda da alıcı yoxdur. Bu səbəbdən vəziyyətimiz ağırdır. Bir hektar çiyələk sahəsindən gün ərzində minimum bir tona yaxın çiyələk toplanır. Rayonlarımızda 1000 hektara yaxın çiyələk sahələri var. Bu qədər məhsulu daxili bazara çıxarmaq mümkün deyil. Hazırda may ayıdır. Bu ayda çiyələyi sadəcə yemək üçün bir-iki kiloqram alırlar. Amma iyun-iyul aylarında mürəbbə və cem bişirmək üçün daha çox alırlar. Həmin vaxt məhsul satılsa da, qiymət yenə də ucuz olur”. 


30 kiloqram da satılmır

Fermer bildirdi ki, Rusiyada alıcılıq qüvvəsi zəiflədiyi üçün ödənişlər də ləngiyir: “Son 3-4 ildə əsasən Rusiya, Qazaxıstan bazarlarına satış həyata keçirirdik. İndi isə Rusiya bazarında çiyələk satışı həddindən artıq zəifdir. Göndərilən çiyələklərin ödənişi hələ gəlib çıxmayıb. Bu il çiyələkdən fayda götürən olmayacaq. Çox adam ziyanla çıxacaq. Çünki çiyələk əsasən bu vaxtlar baha satılırdı. Keçən il Rusiya bazarına 3-3,5 manatdan göndərirdik, bu il isə 90 qəpik-1 manatdır. Bu, məhsulun maya dəyəri də etmir. Moskva bazarlarında əvvəllər gündə üç ton çiyələk satılırdı. İndi isə heç 30 kiloqram da satılmır”. 

Atılan məhsulun miqdarı artır

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, hər il fermerlərin məhsulunun bir hissəsi məhv olur: “Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra kənd təsərrüfatı məhsullarımızın Rusiya bazarlarına çıxış imkanları əvvəlki kimi deyil. Bunu bir ildən çoxdur görürük. Belə vəziyyətdə fermer ya digər bazarlara çıxış üçün yol tapmalıdır, ya daxili bazarda maya dəyərindən aşağı qiymətə satmalıdır. Ən pis halda isə məhsulunun məhv olmasını seyr etməlidir. Statistika da məhsulun məhv olub atılmasının ildən-ilə artdığını göstərir”. 


Alternativ bazarlar tapılmalıdır

P.Heydərov bildirdi ki, alternativ bazarlar taparaq fermerlərimizi çətinlikdən xilas edə bilərik: “Bu cür vəziyyətin əsas səbəbi bir bazardan asılı olmağımızdır. Vaxtında alternativ bazarlar axtarıb tapmalı idik. Türkiyə, Yaxın Şərq, ərəb ölkələrini düşünmək olardı. Onlar bu məhsulların satışı üçün gəlirlilik baxımından daha uyğun hesab olunur. Amma indi də yeni bazarlar axtarmaq gec deyil”. 


Daxili bazarımız idxaldan asılı olacaq

İqtisadçının fikrincə, qarşıdakı günlərdə çiyələyin qiymətinin ucuzlaşması davam edəcək. Amma bu, fermerlər, ən sonda isə ölkəmiz üçün müsbət nəticələnməyəcək: “Belə davam edərsə, fermerlər növbəti illərdə bu məhsulun istehsalı ilə məşğul olmaq istəməyəcəklər. Çünki daxili bazarda satmaqla heç bir gəlir əldə etmirlər. Nəticədə daxili bazarımız idxaldan asılı olacaq. Bu zaman da hibrid, qatqılı məhsullardan asılı hala düşəcəyik. Qiymət tələb və təklif əsasında formalaşır. Əgər tələb indiki səviyyədə qalmağa davam edərsə, qiymətlər elə bu səviyyədə qalacaq”. 

Zərif Salmanlı Kaspi qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Nazirlikdə yeni idarə rəisi təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin