BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Azərbaycanda vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərə görə fermerlərə ödənişlərin edilməsinə başlanılıb.

Valyuta.az xəbər verir ki, bu barədə  Aqrar Sığorta Fondundan məlumat verilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, indiyədək sığortalanan təsərrüfatlarda vəhşi heyvanların hücumu nəticəsində 14 hadisə qeydə alınıb. Vəhşi heyvanların hücumları Hacıqabul, Zəngilan və Laçın rayonlarındakı təsərrüfatlarda baş verib. Bəzi hadisələrə görə ödənişlər edilib, digər hadisələr üzrə isə ödənişlərin həyata keçirilməsi üzrə zəruri sənədlər toplanılır.

Qaydalara görə, aqrar sığorta südlük və ətlik mal-qaranı, eləcə də xırdabuynuzlu heyvanları əhatə edir. Sığorta tarifi fermerin seçdiyi sığorta zərfindən asılı olaraq 6,1-9,5% arasında dəyişir. Sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə, məsələn, qiyməti 2000 manat olan mal-qaranın ümumi sığorta haqqı 122-190 manat arasında dəyişir. Fermer isə bu məbləğin yalnız 50%-ni ödəyərək təsərrüfatını sığorta edə bilər. Məsələn qiyməti 300 manat olan qoyunu sığota etmək üçün isə ümumi sığorta haqqı 18-28 manat, fermerin ödədiyi məbləğ 9-14 manat təşkil edir.

 

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən kənd təsərrüfatı heyvanlarının tələf olması üzrə fermer və təsərrüfatlara ümumilikdə 624 min manat sığorta ödənişi həyata keçirilib. Kənd təsərrüfatı heyvanlarının sığorta şərtləri və sığorta tarifləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (www.asf.gov.az/heyvandarliq) və Heyvandarlıq kalkulyatoru vasitəsilə almaq mümkündür.

Xatırladaq ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta vasitəsilə əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür.Aqrar sığorta çərçivəsində heyvanlar yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli ot, yem və kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakət, yanğın, üçüncü şəxslərin hərəkətləri ilə yanaşı, vəhşi heyvanların hücumundan da sığortalanır.

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər