BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8544
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1489

Son dövrlər məhsuldarlığın daha da artması, ziyanvericilərə qarşı mübarizə aparmaq üçün əkin sahələri kimyəvi dərmanlamaya məruz qalır. Bu dərmanlama isə həmin torpaq sahələrinin çirklənməsinə səbəb olur. 

Bəzi ekspertlər düşünür ki, bu torpaqlardan ikinci dəfə istifadə təhlükəlidir, həmin torpaqlar təkrar istifadəyə yaramır. 

Bəs bu dərmanlamanın daha az təhlükəli olması üçün nə etmək olar?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, torpaqların üç cür dərmanlama üsulu var: bioloji, kimyəvi, texniki:

“Bu dərmanlama üsullarından da ən yaxşısı bioloji dərmanlamadır. Bu zaman torpaq daha az ziyan görür”. 

Pestisidlərdən istifadə haqqında da danışan Vahid Məhərrəmov deyib ki, normaya uyğun pestisidlərdən istifadə etmək olar:

“Pestisidlərdən lazım olmadığı halda istifadə etmək ümumiyyətlə düzgün deyil. Bəziləri çalışır ki, əvvəldən tədbirləri həyata keçirsin. Düşünürəm ki, kifayət qədər fərqli vasitələr var xəstəliklərə, zərərvericilərə qarşı tədbir həyata keçirmək üçün. Bunlardan ən uğurlusu isə bioloji vasitələrlə dərmanlamadır. Son vaxtlar dünyada daha geniş yayılıb. Bu pestisidlər zəhərdir. Mikroorqanizmləri, canlıları zəhərləyərək məhv edir. Torpaqda da faydalı mikroorqanizmlər var. Bu mikroorqanizmlər də torpaqların münbitləşdirilməsində böyük rol oynayır. Bitkilərin mineral maddələrlə təminatında rolları çox böyükdür. Bitkinin qidaya olan ehtiyaclarının bir hissəsini ödəyirlər. Apardığımız müşahidələrə görə, Azərbaycanda bu zəhərli maddələrdən çox istifadə olunur. Ölkəyə gətirilən pestisidlərin keyfiyyəti aşağı olduğu kimi, fermerlər bu maddələri bir neçə dəfə tətbiq etməyə çalışırlar. Çox istifadə olunanda da, torpaqda olan lazımlı mikroorqanizmlərə ziyan vurur, məhvinə gətirib çıxarır”. 

“Pestisidlər istifadə olunan torpaqlarda ikinci dəfə təkrar əkin işləri aparıla bilər, yoxsa bu torpaqlar həmin maddələrdən təmizlənməlidir” sualına cavab olaraq Vahid Məhərrəmov bildirib ki, hər şey hansı şəraitdə, nə qədər və harda istifadə olunmasından asılıdır:

“Qapalı, istixana şəraitində istehsalla məşğul olunur, bu maddələrdən aşırı dərəcədə istifadə edilirsə, torpaq təzələnməli, zəhərli torpaq çıxarılmalıdır. Bəzən həmin şəxslər bu torpaqları aparıb başqa ərazilərə atır, orda çayları, digər torpaq sahələrini çirkləndirirlər. Buna ciddi nəzarət olunmalıdır”.

Davud

Son xəbərlər

Milyarder "pulum yoxdur" deyib, kosmos uçuşlarına dəstəyini dayandırdı

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub

Pentaqon ABŞ-da silah istehsalının sürətindən razı deyil

Uğurlu olmağı bacaran 10 ən absurd biznes ideyası

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

Vergilər azaldıldı, bəs qiymətlər?

Dünya Bankı gəlirinin 45 faizini iqlim dəyişikliyi ilə mübarizə üçün xərcləməyi planlaşdırır

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Azərbaycan və İranda tranzit yükdaşımalar artıb

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bir alıcı bu avtomobil üçün 142 milyon dollar ödəyib - Hərraclarda satılan ən bahalı 9 avtomobil

Sabah 23 dərəcə isti olacaq

Qubada narkotikin təsiri altında avtomobil sürənlərin sayı açıqlanıb

Bakının bu küçəsində yolda məhdudiyyət tətbiq edildi (FOTO)

7 saniyədə diqqət çəkən CV-də yazmalı olduğumuz 3 məlumat

Əhalinin nəzərinə: Bakının bu ərazilərində su olmayacaq

Bakıda bu il nə qədər məhsul istehsal olunub?

Bu kitabla uğur və ya uğursuzluğunuzu müəyyən edə biləcəksiniz – Biznes kitabları

30 yaşına kimi evdən çıxmayan qız bu gün şəxsi biznesini qurub

Azərbaycanın Hindistana neft ixracından gəliri 47% azalıb

Əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin mənfi cəhətləri də var

Dövlət Komitəsi gömrük limitinin 300-dən 150 dollara endiriləcəyi xəbərlərinə aydınlıq gətirib

Gələn ildən bu avtomobillərin Azərbaycana gətirilməsi qadağan ediləcək- Qiymətlər bahalaşacaq

Mikayıl Cabbarov: “Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib”

Azərbaycanda bitki yağları ucuzlaşdı - Səbəb odur ki...

“Netflix”i dünyanın ən populyar onlayn platformasına çevirən biznes sirrləri

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Qızılcanın insanlar üçün yaratdığı təhlükə açıqlandı

Bütün xəbərlər