BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3-4 iyun tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Fəaliyyətində daimi olaraq innovativ yeniliklərdən istifadə edən “Kənddən Şəhərə” yarmarkası bu dəfə də yeniliklə vətəndaşların xidmətində olacaq. Belə ki, artıq yarmarkadan alış-veriş edən vətəndaşlar fermerlərlə həm nağd, həm də nağdsız şəkildə hesablaşa biləcəklər. Ölkəmizdə müasir ödəniş ekosisteminin formalaşdırılmasına dəstək olan “PashaPay” şirkətinin nağdsız əməliyyatlar üçün ilk irimiqyaslı elektron pulqabısı “m10” ilə yarmarkada nağdsız ödənişlər etmək mümkün olacaq.

Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. 

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkası fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınır.

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər