BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Bakıda keçirilən növbəti bal yarmarkasında Kəlbəcər balı da satışa çıxarılacaq.

Bu barədə arıçı-sahibkar Sabir Mustafayev deyib.

Sahibkar bildirib ki, Kəlbəcərdə saxladığı balın bir hissəsini satsa da, yarmarka üçün də saxlayıb: 

"Bu dəfə Bakıda keçiriləcək bal yarmarkasına Kəlbəcər balı da çıxaracağam. Kəlbəcərdə arılardan aldığımız bal digər rayonlarda alınan baldan iki dəfə artıq oldu. Kəlbəcər arıçılığın inkişafı üçün çox əlverişlidir. Keyfiyyət baxımından da Kəlbəcər balının keyfiyyəti yüksəkdir".

S.Mustafayev bildirib ki, ötən il arıçılıq üçün məhsuldar il olmayıb: 

"Ötən il dağlıq ərazilərdə məhsuldarlıq aşağı oldu. Hər arı yeşiyindən 19 kilo bal götürüldü. Amma bu il bu göstərici 25-30 kiloqram oldu. Müəyyən sayda arı ailəsini Daşkəsənə, bir qismini isə Kəlbəcərə apardıq. Daşkəsəndə bir arı ailəsindən 28 kiloqram, Kəlbəcərdə isə 53 kiloqram bal götürdük. Çünki Kəlbəcərdə iki dəfə süzmə elədik".

Sahibkar bildirib ki, hazırda başqa ərazilərin balının 1 kiloqramı 20-25 manat, Daşkəsən balının bir kiloqramı 30-35 manat, Kəlbəcər balının bir kiloqramı isə 40-45 manatdır: 

"Biz həmçinin hər il əldə etdiyimiz məhsulun 20 faizini şəhid ailələrinə pay veririk. Hər il bal mövsümündə şəhid ailələrinə baş çəkirik və onlara müəyyən qədər bal veririk. Bu il də əldə etdiyimiz balın bir hissəsini şəhid ailələrinə vermişik".

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov isə Trend-ə açıqlamasında deyib ki, sahibkarlar yarmarkada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidir: 

"Sahibkarlar yarmarkada iştirak üçün müraciət edir və qeydiyyatdan keçirilir. Qeydiyyatdan keçən sahibkar öz məhsulunu yarmarkada satışa çıxarır. Digər sahibkarlar kimi, Kəlbəcərdə arıçılıqla məşğul olan sahibkarlar da müraciət edib qeydiyyatdan keçə bilərlər. Əgər həmin arıçılar müraciət edərsə, onların da müraciəti müsbət qarşılanacaq və Kəlbəcər balı yarmarkada satışa çıxarılacaq".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabr - 7 noyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Mənbə: Trend

Son xəbərlər

Mərkəzi Bank "FNC” BOKT-a lisenziya verib

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

“AzerGold”un ilk Satış və mübadilə mərkəzi fəaliyyətə başlayıb

ABŞ-da 1 trilyon dollarlıq platin sikkə buraxıla bilər

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

Xanm şöbə müdiri təyin edildi

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

Bitkoinin qiyməti 55 min dollara yaxınlaşdı

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

"BakuBus”un yarım milyonluq test xidməti

Prezidentdən icra başçısı təyinatı - SƏRƏNCAM

"Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik" - İlham Əliyev

Bank “BTB”də səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

Prezident səfiri geri çağırdı - Yeni təyinat

Dövlət satınalmaları barədə qaydalar dəyişib

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

Gürcüstan Azərbaycanla regional nəqliyyat layihələrini müzakirə edəcək

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay