BAKU Azərbaycan
18.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Son günlər bazarda satılan kartofun qiymətinin marketlərə nisbətən baha olması Bakı sakinlərində narazılıq yaradıb. Sakinlər bildirirlər ki, “8-ci kilometr bazarı”nda Gədəbəy kartofunun 1 kiloqramı 1 manata, İran kartofunun 1 kiloqramı isə 80 qəpiyə satılır. Bu səbəbdən alıcılar marketlərə üz tutur.

Bəzi satıcılar kartof məhsulunun ötən ilə nisbətən çox olduğunu deyirlər.

Saytımıza məlumat verən Gədəbəy sakini Akif İmanzadə qeyd edib ki, bu il məhsul çox olduğuna görə bazarda kartofu ucuz qiymətə satır:

“Lakin alıcılar kartofu marketdən almağa üstünlük verirlər. Təmiz məhsul əlimizdə qalıb çürüyür. Məhsul boldur. Satış isə ötən ilə nisbətən çox azdır”.

 

Bəs görəsən sentyabr ayında kartofun marketlərdəki qiymətində dəyişiklik varmı?

 

Apardığımız sorğuya görə məlum oldu ki, bazarda kartofun topdan satış qiymətləri 0,25-0,63 qəpik arasında dəyişir.

“8-ci kilometr bazarı”nda isə hazırda kartofun pərakəndə satış qiyməti 0,50-0,80 qəpikdir. 

Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında kartof sahələrindən 828,1 min ton kartof yığılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% çoxdur. Hektardan orta məhsuldarlıq 173,0 sentner təşkil edib.

Bu dövrə qədər əkin sahələrinin 47,9 min hektarında, yəni 85,4%-də yığım aparılıb. Hazırda kartofun topdansatış qiyməti ötən günlərə nisbətən 10-18%-ə qədər endirilib.

Mənbə: Axar.az

Son xəbərlər

Mərkəzi Bank "FNC” BOKT-a lisenziya verib

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

“AzerGold”un ilk Satış və mübadilə mərkəzi fəaliyyətə başlayıb

ABŞ-da 1 trilyon dollarlıq platin sikkə buraxıla bilər

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

Xanm şöbə müdiri təyin edildi

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

Bitkoinin qiyməti 55 min dollara yaxınlaşdı

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

"BakuBus”un yarım milyonluq test xidməti

Prezidentdən icra başçısı təyinatı - SƏRƏNCAM

"Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik" - İlham Əliyev

Bank “BTB”də səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

Prezident səfiri geri çağırdı - Yeni təyinat

Dövlət satınalmaları barədə qaydalar dəyişib

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

Gürcüstan Azərbaycanla regional nəqliyyat layihələrini müzakirə edəcək

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Bütün xəbərlər