BAKU Azərbaycan
18.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

2021-ci ildə ərzaq məhsulları arasında ən yüksək bahalaşma tərəvəz məhsullarında müşahidə edilir. 

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, tərəvəz məhsullarının qiyməti bu ilin avqustunda ötən ilin avqustuna nisbətən 29,1 faiz yüksəlib ki, bu da ərzaq məhsullarındakı bahalaşma sürətindən 3,73 dəfə böyükdür. Bu ilin avqustunda ərzaq mallarında bahalaşma 7,8 faiz olub. 

Xatırladaq ki, illik müqayisədə tərəvəzlərdə bahalaşma martda 4,9 faiz, iyunda 13 faiz, iyulda 20,7 faiz olmuşdu. 

Sfera.az bildirir ki, tərəvəz məhsullarında bahalaşma ərzaq mallarının bahalaşmasında əsas təsir gücünə sahib olub. Bunun birinci səbəbi tərəvəzlərin həddən artıq bahalaşmasıdır. Rəsmi məlumatlara əsasən, avqustda digər heç bir ərzaq növündə bahalaşma 10 faizi ötməyib, bütün məhsullar üzrə bahalaşma sürəti 0-9 faiz intervalında dəyişib. Belə bir vəziyyətdə tərəvəzlərin 29,1 faiz bahalaşması qida məhsullarının qiymətinin 7,8 faiz kimi yüksək nisbətdə artmasını təmin edib. 

Tərəvəz qiymətlərinin ərzaq qiymətlərinə təsirini güclü edən ikinci amil ərzaq xərclərində tərəvəzlərin payının yüksək olmasıdır. Pərakəndə ticarət xərclərində ərzaq xərclərinin 17 faizi tərəvəz xərclərindən ibarətdir. Bu göstəriciyə görə tərəvəzlərdən daha yüksək paya sahib olan məhsul qrupu yoxdur. Ərzaq xərclərində tərəvəzin payının böyük olması onun ümumi qiymətlərə təsir imkanlarını artırır. 

Bəs, tərəvəzlər arasında ən çox bahalaşma hansı məhsullarda müşahidə olunur? Bunu aşağıdakı müqayisəli qiymət cədvəlindən görmək olar:

 

2020-ci ilin avqustu (manat)

2021-ci ilin avqustu (manat)

Fərq

(manat)

Bahalaşma sürəti

Ağ kələm

0,45

0,74

0,29

64,4 %

Xiyar

0,53

0,96

0,43

81,1 %

Yerkökü

0,89

1,25

0,36

40,5 %

Göy lobya

1,27

1,67

0,4

31,5 %

Baş soğan

0,42

0,54

0,12

28,6 %

Şirin bibər

1,2

1,49

0,29

24,2 %

Pomidor

0,75

0,91

0,16

21,3 %

Badımcan

0,8

0,97

0,17

21,3 %

Sarımsaq

3,13

3,45

0,32

10,2 %

Kartof

0,69

0,73

0,04

5,8 %

Son xəbərlər

Mərkəzi Bank "FNC” BOKT-a lisenziya verib

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

“AzerGold”un ilk Satış və mübadilə mərkəzi fəaliyyətə başlayıb

ABŞ-da 1 trilyon dollarlıq platin sikkə buraxıla bilər

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

Xanm şöbə müdiri təyin edildi

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

Bitkoinin qiyməti 55 min dollara yaxınlaşdı

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

"BakuBus”un yarım milyonluq test xidməti

Prezidentdən icra başçısı təyinatı - SƏRƏNCAM

"Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik" - İlham Əliyev

Bank “BTB”də səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

Prezident səfiri geri çağırdı - Yeni təyinat

Dövlət satınalmaları barədə qaydalar dəyişib

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

Gürcüstan Azərbaycanla regional nəqliyyat layihələrini müzakirə edəcək

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Bütün xəbərlər