BAKU Azərbaycan
18.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycana 159 milyon 118,25 min ABŞ dolları dəyərində və 548 milyon 981,22 min ton həcmində taxıl məhsulları idxal olunub. 

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı aylıq hesabatda bildirilib.

Ötən ilin müvafiq dövründə isə ölkəyə daxil olan bu məhsulların ümumi dəyəri 177 milyon 953,84 min dollar, həcmi isə 733 milyon 200,48 min ton təşkil edib. Bu da onu göstərir ki, bir il ərzində idxalın dəyərində 18 milyon 835,59 min dollar və ya 11,83 faiz, həcmində 184 milyon 219,26 min ton azalma baş verib.

Diqqətə çatdıraq ki, cari ildə ölkəyə 122 milyon 245.94 min dollar dəyərində və 480 milyon 960.65 min ton buğda idxal olunubsa, ötən il bu rəqəmlər 147 milyon 185.29 min dollar dəyərində və 688 milyon 735.13 min ton həcmində olub. Hesablamalar göstərir ki, buğda idxalı bir il ərzində 24 milyon 939,35 min dollar və ya 20,41 faiz, həcmində isə 207 milyon 774,48 min ton azalıb.  

Qeyd edək ki, bu il ölkəyə idxal olunan taxıl məhsulları arasında buğda, arpa, qarğıdalı və düyü üstünlük təşkil edib. Ancaq ötən il yalnız buğda və düyü məhsulları ölkəyə daxil olub. Bununla belə bu il idxalda yuxarıda qeyd edilən azalma müşahidə olunub.

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, bir ton buğdanın idxal statistik dəyəri 214 dollardan 254 dollara qalxıb (40 dollar artıb).

Ərzaq balansı məlumatlarına əsasən, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon ton, idxal isə 1,3 milyon tona yaxındır. Azərbaycan ərzaq buğdası ilə özünütəmin etmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, başqa sözlə təlabatın təxminən 40-45 faizi idxal hesabına ödənir. Bütün cəhdlərə baxmayaraq, Azərbaycan buğdaya olan tələbatı yerli istehsal hesabına təmin edə bilmir.

2020-ci ildə Azərbaycana 296 milyon 905 min dollar dəyərində 1 milyon 365 min 100 ton buğda idxal edilmiş, 1 ton buğdanın statistik idxal dəyəri 217 dollar təşkil etmişdi.

Ömər Vəzirli

Son xəbərlər

Mərkəzi Bank "FNC” BOKT-a lisenziya verib

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

“AzerGold”un ilk Satış və mübadilə mərkəzi fəaliyyətə başlayıb

ABŞ-da 1 trilyon dollarlıq platin sikkə buraxıla bilər

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

Xanm şöbə müdiri təyin edildi

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

Bitkoinin qiyməti 55 min dollara yaxınlaşdı

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

"BakuBus”un yarım milyonluq test xidməti

Prezidentdən icra başçısı təyinatı - SƏRƏNCAM

"Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik" - İlham Əliyev

Bank “BTB”də səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

Prezident səfiri geri çağırdı - Yeni təyinat

Dövlət satınalmaları barədə qaydalar dəyişib

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

Gürcüstan Azərbaycanla regional nəqliyyat layihələrini müzakirə edəcək

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Bütün xəbərlər