BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
17913

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Saatlı rayonunda toxum sərgi-satış yarmarkası keçirilib.

Bu barədə Valyuta.az-a nazirlikdən xəbər verilib.

Yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa əlaqənin qurulmasına kömək etmək məqsədi ilə keçirilən yarmarkanın açılış mərasimində nazir İnam Kərimov da iştirak edib.

O, bildirib ki, bundan əvvəl Şamaxı, Şəki və Ağcabədidə keçirilmiş yarmarkalara fermerlər böyük maraq göstəriblər. Yarmarkalar fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir.

Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb, fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etməyi, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almağı, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etməyi tövsiyə edib.

O, bildirib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Saatlıdakı yarmarkada Sabirabad, Hacıqabul və digər rayonlarda da toxumçuluqla məşğul olan 30-dan çox təsərrüfatda yetişdirilən toxum sortları nümayiş olunub. Gün ərzində yarmarkaya taxılçılıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olan 300-ə qədər fermer qatılıb.

Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumlarının, Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin, Aqrar Sığorta Fondunun, Azərbaycan Toxumçular Assosiasiyasının nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak edib.

Növbəti belə yarmarka sentyabrın 10-da Cəlilabadda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azərsu" məhkəmə qarşısında

"Kia" ilk yük maşınının şəklini yayımladı

Çin son il yarımda ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb

"Nakhısh" MTK-ya 2 protokol tərtib edildi

Belarus dost olmayan ölkə vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırdı

Putindən Şoyquya qədər - Fransız şirkəti Rusiya hökumət təyyarələrini təchiz edir

Tanınmış iş adamının şirkəti məhkəmə qarşısında

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı

"Tesla" avtomobillərinin qiymətləri endirildi

Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi

Bavariyada otellər və restoranlar kütləvi şəkildə bağlanır: "Hökumətdən artıq heç nə gözləmirik"

Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır

"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı (FOTO)

ADA-da COP29-la bağlı forum keçirildi, Prezident iştirak etdi (YENİLƏNİB)

Bakıda məşhur həkim klinikasını satışa çıxardı (FOTO)

Sığorta ödənişinin verilməsi qaydası dəyişib

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək ®

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Uzun fasilədən sonra iş həyatına necə qayıtmaq olar?

COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı (FOTO)

Azərbaycanda GES üzrə ilk hərrac elan edildi

Sair büdcə daxilolmaları 3 dəfə artıb

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin