Aqrar
07.09.2021 / 17:47
Rusiyada buğdanın ixrac qiyməti artıb
17849
Rusiyada buğdanın ixrac qiyməti artıb. Rusiyada 12,5 faizlik proteinli buğdanın qiyməti ötən həftə 3 ABŞ dolları artaraq 301 dollara çatıb.
Yerli qurumların məlumatına görə bu, aprel ayından indiyədək ən yüksək həddir.
Ekspertlərin fikrincə, Rusiya və Kanadada bu il buğda məhsuluna dair proqnozların pisləşməsi, həmçinin Rusiyanın daxili bazarındakı bahalaşma üzündən iyun ayından bu yana adıçəkilən ölkədə buğdanın ixrac qiyməti 50 dollardan çox artıb. Buna əlverişsiz hava şəraitinin təsir etdiyi qeyd olunur.
Bununla yanaşı, Rusiya buğdasının bundan sonra da bahalaşacağının inandırıcı olmadığı diqqətə çatdırılıb. Belə ki, başqa ölkələrdən də buğdanın ixrac qiymətləri azalıb. Rusiya buğdası isə rəqabətdə uduzmağa başlayır.
Mənbə: Marja.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay