Rusiya 140 tona yaxın Azərbaycan məhsullarını geri qaytardı
“Rosselxoznadzor” Azərbaycandan gətirilən və karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlandığı tərəvəz və meyvəni (8 mal partiyası) Rusiya ərazisinə buraxmayıb.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, “Rosselxoznadzor” açıqlama yayıb.
“2021-ci ilin iyul ayında “Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsi tərəfindən Azərbaycandan və İrandan gətirilən 20 min 997 ton tərəvəz və meyvə yoxlanılıb. Karantin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlandığı bitkiçilik məhsulları (hər biri 8 mal partiyası olmaqla) Rusiya ərazisinə buraxılmayıb”, - deyə qurumdan bildirilib.
Qadağan olunmuş məhsullar arasında Azərbaycandan 82,2 t təzə pomidor və 54,8 t təzə nektarin olub. Yüklər ixracatçı ölkələrə geri qaytarılıb.
Xidmətin məlumatına görə, yük sahibləri Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay