BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
16829

"2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına başlanılıb.

Sərəncama əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması üçün 1,4 milyon manat vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeyd olunan dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə əkin sahələrinə dəymiş ziyan əsas götürülüb.

Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 fermerin əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.

Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, ayrılmış vəsait kartlara köçürülüb. Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər  bu gündən etibarən yaşadıqları ərazi üzrə "Kapitalbank” filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.

Zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

20 min manata qədər alına biləcək etibarlı avtomobillər

Bu xəbər neft və qızılı bahalaşdırdı

Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - Foto/Video

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ronaldo "Yuventus"u məğlub etdi

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

"Toyota Land Cruiser 250"nin qiyməti açıqlandı

Almaniyada OBI sahibinin yoxa çıxması ilə bağlı istintaq bərpa edildi

Mətbuat katibi vəzifəsindən ayrıldı

Yaponiya “Apple” və “Google”u monopoliyaya görə satışların 20-30%-i həcmində cərimələrlə hədələyir

S&P İranla münasibətlərin pisləşməsi fonunda İsrailin reytinqini aşağı saldı

120 milyondan çox yeyinti: Bəzi materiallar DTX-yə göndərilib - Sədrdən açıqlama

120 milyondan çox yeyinti: Bəzi materiallar DTX-yə göndərilib - Sədrdən açıqlama

"ASAN Xidmət" məhkəməyə verildi (SƏBƏB)

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Narkotik istifadə etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq

Bu qadınlar pensiyaya daha tez çıxacaq - Qanuna dəyişiklik edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin