BAKU Azərbaycan
25.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında növbəti müsabiqə elan edilir. Müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Müsabiqənin başlanması haqqında elan KTN-nin rəsmi internet saytında dərc edilir. Ərizə qəbulu prosesi elanın verildiyi tarixdən etibarən başlanır və 5 iş günü ərzində davam edəcək. Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı yaradılan işçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək.

İştirakçıların fəaliyyəti müasir texnologiyaların tətbiqi, qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, aqrar sektora xarici investisiyaların cəlb olunması, fermerin öz təsərrüfatını aqroturizmə açıq elan etməsi və digər meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqə iki mərhələdə həyata keçiriləcək. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək. Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində yüksək bal toplamış iştirakçı qalib elan ediləcək. Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq. Eyni zamanda, qalib fermerə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən və təsərrüfat fəaliyyətinə uyğun olan layihələrdə iştirak etmək imkanı yaradılacaq.

Müsabiqənin gedişatı və nəticələri mütəmadi olaraq Kənd Təsərrüfatının rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində dərc olunacaq.

Son xəbərlər

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Azərbaycanda vaxtı keçən kreditlərin payı aşağı düşüb

Müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacaq? - TN

Ünvanlı sosial yardım ödəniləcəyi tarix açıqlandı

Avropadakı qaz böhranı neftə tələbatı artıra bilər - PROQNOZ

“Təmiz Şəhər” ASC İnvestisiya Holdinqinin idarəetməsinə verildi - SƏRƏNCAM

Əhali kreditləri plastik kartlarla almağa üstünlük verir

Rusiyada "Aİ-95" markalı benzinin qiyməti rekord həddə çatdı

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərildi

Təbii qazın bahalaşması davam edir

Sürət zəif, qiymət isə baha: İnternet problemi nə vaxt həll olunacaq?

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

Ali məktəblərdə dərslərin təşkili qaydası açıqlandı

Azərbaycanda bu il inflyasiya hədəf diapazonu çərçivəsində qalacaq

Bakıda ağacları qanunsuz kəsənlər axtarışa verildi: Təbiətə böyük ziyan vurublar

Tədrisin başlanması ilə bağlı metro stansiyalarına nəzarət gücləndirildi

Nazirlər Kabineti yeni tədris ilinin başlaması ilə bağlı qərar verdi

"Brent" neftinin qiyməti 75 dolları ötdü

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Bütün xəbərlər