Azərbaycandan Rusiyaya 83,2 ton pomidor və 36,9 ton şaftalı buraxılmadı
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Bölgələrarası İdarəsi Azərbaycandan Rusiya ərazisinə yoluxmuş meyvə və tərəvəzin gətirilməsinə icazə verməyib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
İdarənin "Viaduct" müvəqqəti anbarına və Dərbənd dəmiryol stansiyasına iyul ayının əvvəlindən Azərbaycan və İrandan 8 960,5 ton meyvə-tərəvəz çatdırılıb.
Karantin fitosanitar nəzarəti nəticəsində Azərbaycandan gətirilən 83,2 ton pomidor və 36,9 ton şaftalı Rusiya ərazisinə buraxılmayıb.
Meyvə-tərəvəzlərin buraxılmamasının səbəbi Ümumrusiya Bitki Karantin Mərkəzinin Dağıstan şöbəsinin məhsullarda pomidor güvəsi (Tuta absoluta Povolny) və şərq güvəsinin (Grapholitha molesta) aşkarlanmasını təsdiqləyən laboratoriya hesabatı olub.
Karantin qanunvericiliyinin tələblərinə uyğun olaraq mallar ixracatçı ölkələrə geri qaytarılıb, günahkar şəxslər isə inzibati məsuliyyətə cəlb edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay