BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
15082

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyi (KTN) pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus arı ailələrinin köçürülməsini həyata keçirib.

KTN-dən Valyuta.az-a verilən məlumata görə, vətəndaşların müraciətləri nəzərə alınaraq əlavə olaraq 2500 arı ailəsinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanılıb. Arıçılıq təsərrüfatlarının yaylaqlara köçündən əvvəl seçilmiş ərazi, sahələr üzrə bir daha monitorinq aparılıb, risklər qiymətləndirilib. Hazırda mərhələli şəkildə arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi prosesi davam edir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən KTN-in müraciəti əsasında Göygöl Regional Mərkəzində Kəlbəcər və Laçın rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim keçirilib. Təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib.

Eyni zamanda, vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarından ibarət sərgi təşkil edilib, fermerlərə bukletlər, broşuralar verilib. Fermerlərə təhlükəsizlik qaydalarına riayət edilməsi, dislokasiya yerlərini tərk etməmələri bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni torpaq sahələrində sahibkarlara güzəşt və təşviqlər tətbiq edilə bilər

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət etdi

Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv edilir

Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?

Fürsətlər haradadır?

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

"Bank VTB Azərbaycan"ın aktivləri 6 milyon manatdan çox azalıb

Bitcoin bahalaşıb, Etherium ucuzlaşıb- Kriptovalyutaların qiymətləri

Üç ayda xaricdən 20 milyon dollarlıq düyü almışıq – Qiyməti nə qədər bahalaşıb?

Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək (RƏSMİ)

Başqa yerdə işləyərkən öz işimizi qurmaq üçün necə çalışmalıyıq?

Bu il 7 mlrd. kVt-saatdan artıq elektrik enerjisi istehsal olunub

Universiteti bitirənlər işə təyinat ala biləcəklər?

Azərbaycanın bu bölgəsində müəllimlərin iş yerlərini dəyişdirməsi asanlaşdırıldı

Universiteti bitirəndə “Amazon”un iş təklifinə yox dedi, indi “Google”dadır

Universiteti bitirəndə “Amazon”un iş təklifinə yox dedi, indi “Google”dadır

Azərbaycanda “Qidam” portalı yaradılacaq

“Xalq Həyat” Sığorta Şirkətində səhmdarların yığıncağı keçiriləcək

“Xalq Həyat” Sığorta Şirkətində səhmdarların yığıncağı keçiriləcək

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Azərbaycan neftinin qiyməti 88 dollara düşüb

Avro və lirə ucuzlaşdı - Məzənnə

Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? (VİDEO)

Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən AÇIQLAMA

TikTok-dan ABŞ-da platformanı qadağan edə biləcək qanun layihəsinə reaksiya

Rusiya pullarının üstündə Allah haqqında sözlər yazılacaq?

"VİTA APTEKLƏRİ" cərimələndi

Mbappe "Real"a getsə, nə qədər qazanacaq və vergi ödəyəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin