BAKU Azərbaycan
30.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 206 milyon 170,83 min ABŞ dolları dəyərində 213 911,01 ton meyvə-tərəvəz ixrac edib.

Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu dövrdə ötən ilin yanvar-may ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 12,8%, həcmi isə 5,7% azalıb.

Qeyd edək ki, bu ilin ilk beş ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə 86 999,24 min dollar dəyərində 76 037,68 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 29,3% və 27,5% azdır.

Cari ilin yanvar-may ayları ərzində 38 576,67 min dollar dəyərində (73,9% azalma) 6 392,88 ton (azalma 24,4%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 10 549,83 min dollar dəyərində 24 062,89 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 19,9%, həcm olaraq isə 15,3% artım müşahidə olunub.

Bu il ölkədən 31 865,68 min dollar dəyərində (2,2 dəfə artım) 42 342.91 ton (2,3 dəfə çox) xurma ixrac olunub.

İxrac üzrə hesabata cari ilin yanvar ayından etibarən nar, may ayından etibarən isə kartof məhsulları daxil edilib. Bu kateqoriya üzrə ilin ilk beş ayında 2 986,81 min dollar dəyərində 1 910,83 ton nar və 21 357,66 min dollar dəyərində 49 978,52 ton kartof məhsulu ixrac olunub.

Son xəbərlər

Finlandiya gömrüyü 64 milyon avroluq bitkoini satışa çıxarır

Ukrayna Türkiyədəki yanğınla mübarizə üçün iki təyyarə göndərib

Xidmət rəisi: "Sonsuzadək cərimələnmə çarə deyil"

Fərdi kompüterlərin qlobal tədarükü 15 faiz artıb

“Azəralüminium” ixrac gəlirlərini 44 faiz artırıb

Kənan Quluzadə: "İsrail Azərbaycanın turizmi üçün prioritet bazardır"

Məişət tullantıları sahəsində köklü dəyişikliklərə ehtiyac var - Hikmət Əlizadə

Vətən müharibəsinin 1053 qazisinə əlillik təyin edilib

Azərbaycandan I yarımildə nə qədər polidor ixrac edilib? - “İxrac icmalı”

Türkiyə Rusiya qazının idxalını 2,7 dəfə artırıb

İstanbulda meşə sahələrinə giriş qadağan edildi

Sabah Bakıda isti olacaq: Rayonlarda isə yağış yağacaq

Sabah Bakıda isti olacaq: Rayonlarda isə yağış yağacaq

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Azərbaycan mehmanxanalarında gecələyənlərin sayı kəskin artıb

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid etdi

“Tibbi tullantıların daşınması ilə bağlı ciddi problemlər var” – TƏBİB

Vətəndaşla təcili tibbi yardım briqadası arasında qalmaqala RƏSMİ MÜNASİBƏT

“Hepatit B” və “Hepatit C” xəstəliklərinə yoluxma halları artır - Yaqut Qarayeva

Xaricə ən çox məhsul satan özəl şirkətlər hansılardır? – SİYAHI (FOTO)

Maliyyə Nazirliyi: Büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz artıb

Maliyyə Nazirliyi: Büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz artıb

Bütün xəbərlər
-->