Aqrar
11.06.2021 / 14:20
Rusiya buğdanın ixrac rüsumunu artırır
13735
İyunun 17-dən etibarən Rusiya buğdasının ixrac rüsumu 1 tonu üçün 33,3 ABŞ dollarına artırılacaq. Əvvəllər rüsum 29,4 dollar təşkil edirdi.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Arpa üzrə rüsum dəyişməz qalacaq – 39,6 dollar. Qarğıdalı rüsumu ton üçün 50 dollardan 48,2 dollara qədər azaldılıb. Yeni rüsum dərəcələri 22 iyun tarixinədək tətbiq edilib.
Buğdan rüsumu ixrac qiyməti ilə 200 dollar arasındakı fərqin 70%-ni təşkil edir. Eyni formul arpa və qarğıdalı üçün də tətbiq olunur, lakin baza qiyməti ton üçün 185 dollar götürülür.
Rusiyada taxıl ixracında üzən rüsum mexanizmi aprel ayından etibarən tətbiq olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay