Rusiya taxıl ixracında yeni rüsumun tətbiqinə başlanılır
İyun ayının 2-dən etibarən buğda, meslin, arpa və qarğıdalı ixracı ilə bağlı "üzən" rüsumun tətbiqi dünya qiymətlərinin daxili bazara təsirinin qarşısını almağa imkan verəcək.
Valyuta.az Report.az-a istinadən məlumat verir ki, bu barədə RF iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev bildirib.
“Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birlikdə yaratdığımız dempfer mexanizminin əsas məqsədi xarici qiymət dəyişmələrinin daxili bazar məhsullarına təsirinin qarşısını almaqdan ibarətdir. Bu, dünya qiymətlərindəki sıçrayışlardan asılı olaraq ixrac rüsumu dərəcələrinə avtomatik dəyişiklik etməyə imkan verəcək. Ən vacibi isə budur ki, ixrac rüsumlarından əldə edilmiş vəsait subsidiyalar şəklində kənd təsərrüfatına qaytarılacaq”, - o deyib.
Hazırda taxıl məhsullarının ixracına 17,5 milyon ton həcmində tarif kvotası tətbiq edilir. Bu kvota aşıldıqda, hər ton üçün 100 avrodan az olmamaq şərtilə, 50% həcmində ixrac rüsumu tətbiq edilir. 2021-ci il iyunun 1-dək buğda və meslinin tonu üçün 50 avro, arpanın tonu üçün 10 avro, qarğıdalının tonu üçün 25 avro “kvotadaxili” tarif dərəcəsi tətbiq edilirdi.
“Hökumət tərəfindən görülmüş tədbirlər ərzaq məhsulları üzrə daxili bazarda qiymətləri sabitləşdirməyə imkan verib. Belə ki, dünya bazarlarında buğdanın qiyməti artdığı bir şəraitdə ölkə daxilində qiymət ilin əvvəlindən bu yana 10% aşağı düşüb”, - İqtisadi Inkişaf Nazirliyindən bildiriblər.
İxrac rüsumunun “kvotadaxili” tarif dərəcəsi Milli Əmtəə Birjasında buğdanın qiymət indeksi əsasında Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hesablanacaq. İyulun 1-dən etibarən üzən mexanizmin qeyd olunan taxıl məhsullarının bütün həcmlərinə tətbiq ediləcəyi gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay