BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.8382
  • RUB
    1.9101
  • TRY
    0.0466
  • GBP
    2.1905
12477

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətində fermer və mexanizatorlar arasında kommunikasiyanı həyata keçirən “AgroUber” mobil tətbiqinin təqdimatı keçirilib. Android platformasında fəaliyyət göstərən mobil tətbiq müxtəlif aqroxidmətlər üzrə fermerlərlə və mexanizatorlar  arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək.

Valyuta.az xəbər verir ki, bu barədə “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov məlumat verib.

E.Rəhmanov bildirib ki, təqdimatı keçirilən elektron məhsul Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq, şəffaf və çevik idarəetmə, innovasiyaların tətbiqi prinsiplərinə tam cavab verir: 

“Fermerlər mobil tətbiqdən yararlanmaq üçün “AgroUber” proqramını mobil telefon cihazına yükləməli və qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş fermer istənilən mövsümdə müvafiq rayon və kənd üzrə aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır. Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır. Məsələn, hansısa fermerə əkin işləri üçün traktor lazımdırsa, “AgroUber”də axtarış verərək, uyğun mexanizatoru tapa və xidməti sifariş edə biləcək”. 

Onun sözlərinə görə, bu proqram təminatı vasitəsilə ilkin mərhələdə traktorlar və asılan-qoşulan texnikalarla göstərilə biləcək bütün növ aqrotexniki xidmətlərin həyata keçirilməsi mümkün olacaq.

Qeyd edək ki, “AgroUber” proqramı Azərbaycanda aqrar sahədə ilk dəfə tətbiq olunur. İnnovativ metodlara əsaslanan bu proqram aqrotexniki xidmətlərin idarəçiliyində tamamilə şəffaflıq yaradacaq, zaman itkisinin qarşısını alacaq və fermerlərə operativ xidmət göstərməyə imkan verəcək. 

Eyni zamanda, bu yanaşma aqroxidmət göstərən mexanizatorlar arasında rəqabətliliyi artıracaq, paralel olaraq xidmətin keyfiyyətini yüksəldəcək. Mobil tətbiqdə xidmətin sifariş vəziyyəti proqram vasitəsilə  izlənilir, 3-cü tərəf olmadan fermerlərin birbaşa mexanizatorlara çıxışı təmin edilir və vahid mexanizator bazası formalaşdırılır.

Elmin Rəhmanov qeyd edib ki, “AgroUber” proqramı fermerlərə göstərilən xidmətinin keyfiyyətini artırmağa və xidmətləri daha əlçatan etməyə imkan verəcək: 

“Proqramın tətbiqi operativ xidmət, vahid məkanda formalaşan məlumat bazası, neqativ halların qarşısının alınması, fermer və mexanizator arası əlaqənin sərbəst şəkildə qurulması və idarə edilməsi imkanlarını yaradır. Əsas məqsədimiz fermerlərin istənilən mövsümdə aqrotexniki xidmətlərə  əlçatanlığını təmin etmək, yüksək keyfiyyətli və çevik xidmətə nail olmaqdır”.

Təqdimat mərasimində mobil tətbiqin yüklənməsi, istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rubl və avro lirə qarşısında bahalaşdı

Bakının bəzi ərazilərinin qazı kəsiləcək

İş axtararkən edilən 6 səhv - SƏHƏR OXUSU

"ABC Ticarət və Tikinti"nin rəhbərinə “stop” qoyulub

Süni intellektli tozsoran təqdim edildi - XÜSUSİYYƏTLƏRİ

TSMC-nin satışları ilin əvvəlindən 40 faiz artıb

NASA-ya ağır zərbə: ABŞ-ın kosmik agentliyi "yox olma" həddində

Kibercinayətlərdə süni intellekt "inqilabı"

"5 gəlir mənbəyim var və təkcə "Amazon"dan illik 1 milyon dollardan çox qazanıram": Ceni Vudan tövsiyələr

"Yeni Klinika"nın testlərinə 18 mln. xərclənəcək

İş görüşməsindən əvvəl bu 3 şeyi edin ki, seçiləsiniz – sabiq "Google" əməkdaşı

Trampın siyasətləri "FED"in faiz dərəcələrinə təsir edəcək - "CNBC"

“Avtoyoltikintiservis” MMC yenə İcra Hakimiyyətinin tenderinin qalibi olub

İnşaat və tikinti sahəsinə qoyulan kreditlər artır: Bu, sektorun inkişafına necə təsir edir?

“Topxana Layihə İnşaat” şirkətinin 2 milyon vergi borcu var

"Foxconn" ilk böyük dil modelini təqdim edib

Azərbaycanda bu şirkətlərin də borcu var

"Ford" Almaniyadakı bölməsinə 4,8 mlrd. dollarlıq sərmayə yatıracaq

Bakıda mənzillər 11%-dən çox bahalaşıb

“Mer İnşaat”ın rəhbərinə stop qoyuldu

Maliyyə Nazirliyinin aparat rəhbəri dəyişdi

Əli Əsədov nazirləri topladı

Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu

Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi®

Azərbaycanda internetin sürətinin digər ölkələrdən aşağı olmasının tarixi səbəbləri var

Azərbaycanda ən çox və ən az POS-terminalı olan regionlar

“Dostluq” kinoteatrı üçün bu şəxslərə 10 000 manata qədər mükafat veriləcək

“Dostluq” kinoteatrı üçün bu şəxslərə 10 000 manata qədər mükafat veriləcək

Bu tələbələr üçün yeni təqaüd proqramları təsis edildi

“Meday” MMC-nin Türkiyədən gətirdiyi bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin